Azərbaycanlı bp-də hasilat üzrə baş vitse-prezident təyin edilir
O, bp-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq.Elxan Məmmədov 2 dekabr 2024-cü il tarixindən şirkətin hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə təyin edilir.
Bu barədə Marja-ya bp-Azərbaycandan bildirilib.
Qeyd edilib ki, yeni vəzifəsində Elxan bp-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq. O, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrelin rəhbərliyi altında bp-nin London ofisində çalışacaq.
Hazırda Elxan bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. Bu vəzifədə Elxan son bir neçə ildir ki, AGT regionunda bp-nin bütün hasilat işlərinə rəhbərlik edir.
bp-nin AGT üzrə regional prezidenti Qəri Counz: “Elxan əməyin təhlükəsizliyinə olan xüsusi diqqəti, həmkarları, komandaları və bütün maraqlı tərəflərlə qurduğu əlaqələri və qazandığı etibara görə tanınan və yüksək hörmət edilən bir liderdir. Onun rəhbərliyi altında işçilər bp-nin Xəzər regionundakı dəniz və quruda yerləşən obyektlərində çox yüksək texniki təhlükəsizlik göstəriciləri və eləcə də dünya səviyyəli səmərəlilik və etibarlılıq nümayiş etdirməklə fəaliyyət göstəriblər. Bu ilin əvvəllərində Elxan bp-nin texnoloji baxımdan ən qabaqcıl platforması hesab edilən və Azəri-Çıraq-Günəşli yatağında bp-nin yeddinci platforması olan Azəri Mərkəzi Şərqi platformasının təhlükəsiz şəkildə işə salınmasına rəhbərlik edib. Fürsətdən istifadə edərək AGT regionu üçün gördüyü bütün işlərə görə Elxana təşəkkür edir və yeni yüksək vəzifəsində ona uğurlar diləyirəm.”
Elxan bp-də fəaliyyətinə 2001-ci ildə nəzarət-ölçü cihazları üzrə texnik vəzifəsi ilə başlayıb. Bundan əvvəl isə o, aviasiya sektorunda işləyib. bp-də Elxan quruda və dənizdə bir sıra yüksək vəzifələrdə, o cümlədən dəniz platforması meneceri və sahə əməliyyatları üzrə menecer vəzifələrində çalışıb. O, həmçinin AGT üzrə regional prezidentin biznes müşaviri vəzifəsində işləyib. Elxan nəhəng AÇG və Şahdəniz yataqları, dünyanın ən böyük quru terminallarından biri olan Səngəçal terminalı, habelə Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri boyunca uzanan neft və qaz ixrac boru kəmərləri də daxil olmaqla mürəkkəb əməliyyatları uğurla idarə etmək təcrübəsinə malikdir.
Elxanın Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması üzrə magistr dərəcəsi, Massaçusets Texnologiya İnsitutu (MIT) və London Biznes Məktəbinin bir sıra ixtisaslaşmalar üzrə diplomları var. O, Əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb.
2014-cü ildə Elxan Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına verdiyi əhəmiyyətli töhfələrinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, üç övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 21 saat sonra
-
- 17 saat sonra
-
29 d. əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
37 d. əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 39 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Ən çox oxunanlar
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
"İpoteka istiqrazlarının 80%-i Mərkəzi Bankın əlindədir"
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
"Bakı Ticarət Mərkəzi"nin nizamnamə kapitalı kəskin azaldıldı






















.jpg)


