“UForex” hesabını “SİMA İmza” ilə aç!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” “Unicapital İnvestisiya Şirkəti” ASC-yə məxsus “UForex” platformasına inteqrasiya olunub.
Artıq investisiya həvəskarları SİMA yeni nəsil rəqəmsal imza ilə platformanın veb-saytında rahatlıqla onlayn hesab aça bilərlər.
Belə ki, istifadəçilər www.uforex.az saytına daxil olaraq, “SİMA İmza” tətbiqi vasitəsilə bir neçə dəqiqə ərzində qeydiyyatdan keçməklə “Şəxsi kabinet”ə sahib olurlar. Nəticədə müştərilər xidmət ofisinə getmədən “UForex” platformasında özlərinə “Şəxsi kabinet” yaradırlar.
Hesab açıldıqdan sonra müştərilər “UForex” platforması üzərindən qlobal foreks bazarlarına çıxış əldə edə və şirkətin təqdim etdiyi bütün xidmətlərdən yararlana bilərlər. Bunlara qızıl, gümüş, neft, valyuta cütlükləri və indekslər kimi maliyyə alətləri ilə ticarət imkanı daxildir.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. Bu imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 d. əvvəl
-
16 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 21 d. əvvəl
- 35 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb






.jpg)










.jpg)








