“AFB Bank” yaşıl dünya üçün addımlar atır – YENİ Eko kart
15 ildən çoxdur fəaliyyət göstərən “AFB Bank” bu illər ərzində hər zaman ölkəyə və cəmiyyətə faydalı korporativ sosial məsuliyyət layihələri həyata keçirib.
Bank 2024-cü il tarixində “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində reallaşdırdığı tədbirlərlə dünyanın və ətraf mühitin qorunması ilə bağlı məlumatlılığın artırılması istiqamətindəki işlərə öz töhfəsini verib.
Bnakın yaydığı məlumatda bildirilir ki, tədbirlərin əsas məqsədi COP29 ərəfəsində ölkəmizdə aparılan maarifləndirmə işlərinə dəstək göstərmək, yaşıl dünya naminə həmrəylik nümayiş etdirməkdir.
Bank “VİSA”nın dəstəyi ilə bu silsilədən olan daha bir layihəyə - “MONO ECO” kart layihəsinə start verib. Bu kartlar “ISO 7810” və “NCITS 322” sertifikatlarına malik bioloji parçalana bilən və tam ekoloji plastik materialdan hazırlanıb.
Nəzərə alsaq ki, bir plastik kartın təbiətdə parçalanmasına 100 ildən çox vaxt sərf olunur, bu halda bankın bu addımı təqdirəlayiqdir. “AFB Bank” yeni eko yönümlü kartları ilə alternativ materiallardan istifadəyə, ekoloji təsirlərin azaldılması mövzusuna bir daha diqqət çəkir.
Bildirilib ki, “MONO ECO” kartlarını əldə edən hər bir müştəri təbiətə 1 ağac bəxş etmiş olacaq.
Bununla yanaşı, bank “Avropa Azərbaycan” məktəbi ilə birgə maarifləndirici tədbir də həyata keçirib. Məktəblilərə bank kartlarından istifadə, kart məxfiliyi, dələduzluq halları barədə məlumatlar verilib. “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu nəzərə alaraq, ətraf mühitin mühafizəsi mövzusuna da toxunulub, şagirdlərə dünyanı qorumağın yollarından, əhəmiyyətindən danışılıb. Bankın eko kartı da uşaqlara ekologiya dostu məhsullara bir nümunə olaraq göstərilib.
Məlumat üçün bildirək ki, ölkənin inkişaf edən banklarından olan “AFB Bank” ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
43 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib




















