“Clean Energy Cəbrayıl” və “Baku Steel Company” günəş enerjisi təchizatı haqqında anlaşdı!
“Clean Energy Cəbrayıl” MMC mövcud elektrik şəbəkəsi vasitəsilə BSC-ni bərpa olunan enerji ilə təchiz edəcək.
"Clean Energy Cəbrayıl" MMC və "Baku Steel Company" arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb.
Anlaşma çərçivəsində "Clean Energy Cəbrayıl" MMC "Baku Steel Company"ə mövcud elektrik şəbəkəsi vasitəsilə bərpa olunan enerji təchiz edəcək.
Cəbrayılın Soltanlı kəndində ərsəyə gətiriləcək ediləcək layihə 100 MW gücündə günəş enerji stansiyalarının inşasını əhatə edir və hər biri 50 MW olmaqla iki hissədən ibarətdir: Şəms və Üfüq günəş stansiyaları.
İstehsal olunan günəş enerjisi, yerli sənaye müəssisələrinin enerji ehtiyaclarını qarşılamaq məqsədini daşıyır. Hər iki günəş stansiyasından əldə edilən enerji digər istifadəçilərlə birlikdə Baku Steel Company-yə tədarük ediləcək.
Sözügedən layihə, "Clean Energy İnvest" MMC-nin “Clean Energy Cəbrayıl” və Nobel Energy-nin “Enerso” törəmə şirkətləri vasitəsilə həyata keçiriləcək. Bu təşəbbüs Azərbaycanın yaşıl enerji keçid strategiyasını dəstəkləməyə və ölkənin dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə olan öhdəliyi nümayiş etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
48 d. əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
14 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
16 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
16 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
17 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 17 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
