Naxçıvanda vergi daxilolmalarında bir ilk
Naxçıvanda vergi daxilolmaları 200 milyon manatı ötübCari ilin 11 ayında faktiki vergi daxilolmaları Naxçıvanda ilk dəfə olaraq 200 milyon manatı ötərək 202,8 milyon manat təşkil edib ki, bu da 11 ay üzrə müəyyən olunan proqnoz məbləğindən 44,4 milyon manat və ya 28 faiz çoxdur.
Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Muxtar Respublikanın 2024-cü ilin 11 ayı ərzində iqtisadi aktivlik göstəricilərindən danışarkən bildirib.
Cari ilin 11 ayında vergi daxilolmaları 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 52,4 milyon manat və ya 34,9 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 86,5 milyon manat və ya 74,4 faiz çoxdur.
2024-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə məcburi dövlət sosial sığorta daxilolmaları 8,1 faiz, işsizlik sığortası fonduna daxilolmalar 11 faiz, icbari tibbi sığorta daxilolmaları 16,7 faiz, nağdsız əməliyyatlar üzrə 10 aylıq dövriyyə isə 340,1 milyon manat və ya 71 faiz artıb.
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 37,9 faiz artıb
Muxtar respublikada iqtisadi aktivlik yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin, obyektlərin, əlavə dəyər vergisi ödəyicilərinin sayında və digər sahələrdə də izlənilməkdədir.
Belə ki, ilin əvvəli ilə müqayisədə 1 dekabr 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 37,9 faiz artaraq 21374 təşkil edib. 1 yanvar 2023-cü illə müqayisədə isə aktiv VÖ-nin sayı 68,2 faiz, qeydiyyatda olan obyektlərin sayı 20,1 faiz, ƏDV ödəyicilərinin sayı 84,2 faiz, qeydiyyatda olan Online NKA sayı 70,4 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,7 dəfə, aktiv bank hesablarının sayı 3,6 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)





