Azərbaycanda yaşıl enerji istehsalı 80%-dən çox artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən respublikada elektrik enerjisinin istehsalı 25 932,5 mln. kVt·st olub.
11 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 22 351,9 mln. kVt·st, SES-lərdə 2 780,9 mln. kVt·st, digər mənbələr üzrə isə 799,7 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 48,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 540,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 211,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-noyabr ayları ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 617,8 mln. kVt·st, yəni 80%-dən çox artaraq 3 580,6 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 22 908,1 mln. kVt·st (İES-lərdə 20 314,7 mln. kVt·st, SES-lərdə 2 593,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 454,7 mln. kVt·st (İES-lərdə 227,7 mln. kVt·st, SES-lərdə 169,5 mln. kVt·st, GES-də 57,5 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 36,8 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 532,9 mln. kVt·st təşkil edib.
Bu müddətdə elektrik enerjisinin ixracı 1 255,3 mln. kVt·st, idxalı isə 159,8 mln. kVt·st olub.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 089,7 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 7,9 mln. kVt·st, idxalı isə 9,1 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























