"Azərbaycan Dəmir Yolları"nın aktivləri 6 milyard manata yaxınlaşıb, illik gəliri 600 milyon manatı keçib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2023-cü ildə daha da böyüyüb, aktivləri 6 milyard manata yaxınlaşıb.
Marja.az QSC-nin 31 dekabr 2023-cü il tarixində tamamlanan il üzrə konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 31 dekabr 2023-cü il tarixində "Azərbaycan Dəmir Yolları" 5 milyard 966 milyon 950 min manat cəmi aktivlərə malik olub. 2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ildə "Azərbaycan Dəmir Yolları"nın cəmi aktivləri 878 milyon 755 min manat və ya 17,3% artıb. Cəmi aktivlərdəki artım əsasən "Əmlak, tikili və avadanlıqlar", "Pul vəsaitləri və onların ekvivalentləri" və "İnvestisiya qiymətli kağızları" üzrə artımlardan qaynaqlanıb. Ötən il QSC qiymətli kağızlara 58 milyon 92 min manat investisiya edib.
"Azərbaycan Dəmir Yolları"nın cəmi kapitalı dövlətin investisiyaları hesabına 753 milyon 450 min manat artaraq 3 milyard 387 milyon 419 min manata yüksəlib.
CƏMİ GƏLİRLƏRİ ARTIB
"Azərbaycan Dəmir Yolları" QSC-nin əsas fəaliyyətlərdən cəmi gəlirləri 2022-ci illə müqayisədə 2023-cü ildə 1 milyon 264 min manat artaraq 602 milyon 672 min manat təşkil edib. Həmçinin ötən il QSC 50 milyon 826 min manat maliyyə gəlirləri də əldə edib (2022-ci ildə 24 milyon 113 min manat).
"Azərbaycan Dəmir Yolları"nın 2023-cü ildə 653 milyon 498 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 754 milyon 461 min manat təşkil edib. Yaranmış 100 milyon 963 min manatlıq fərq şirkətin böyük məbləğdə kapitalı hesabına bağlanılıb. Ötən il ADY-nin cəmi xərclərinin artması əsasən əməkhaqqı, enerji, material, köhnəlmə və amortizasiya, debitor borcların dəyərsizləşməsi və sair xərclərdəki artımlardan qaynaqlanır.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin və yüklərin dəmir yolları ilə daşınmasını təmin edən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
18 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
19 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
20 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















