Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görüldü
Mobil operator sənaye təhlükəsizliyi və rifah sahəsində nümunəvi fəaliyyətinə görə təltif edildi
(®) “Azercell Telekom” MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.
Qeyd edək ki, “Sıfıra doğru” şüarı altında keçirilən Zirvə toplantısı sənaye təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində qlobal yeniliklərin, eləcə də qabaqcıl təcrübələrin müzakirəsinə həsr olunub. Tədbirdə 350-dən çox dövlət və özəl sektor nümayəndəsi, yüksək vəzifəli şəxslər, iş adamları və sahə üzrə mütəxəssislər iştirak ediblər.
Qeyd edək ki, “Azercell Telekom” MMC insan kapitalına yüksək dəyər verir və təhlükəsiz, dayanıqlı iş mühitinin qurulmasına yönəlmiş ardıcıl təşəbbüslər həyata keçirir. Şirkət sağlamlıq və sosial rifaha yönəlmiş proqramlarla yanaşı, işçiləri ergonomik və rahat iş mühiti ilə təmin edir. Bununla yanaşı, sağlamlıq sığortası, tibbi müayinələrə çıxış, psixoloji dəstək və stressin idarə olunması üzrə təlimlər kimi işçilərin rifahının artırılmasına yönəlmiş proqramlar təklif edir.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
35 d. əvvəl
SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Nyu Yorkda görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
-
1 saat əvvəl
Azərbaycanı Uşaq Avroviziya 2025 mahnı müsabiqəsində Yağmur Nəsrullayeva təmsil edəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə seminarı ilk dəfə Bakıda
-
2 saat əvvəl
2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
-
3 saat əvvəl
Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
- 3 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq

Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Ən çox oxunanlar

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
