Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib
“Aztelekom” internetin sınaq və təhlili sahəsində dünya lideri olan “Ookla”® tərəfindən Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) mükafatına layiq görülüb. Bu mükafat ölkə tarixində ilk dəfə sabit şəbəkə internet provayderinə təqdim edilir.
“Ookla”® şirkətinin rəsmi səhifəsində yayımlanan hesabatda “Aztelekom”un bu nailiyyətinin 2024-cü ilin 3 və 4-cü rübləri ərzində bütün ölkə ərazisini əhatə edən 306885 abunəçinin müxtəlif tətbiqlər və avadanlıqlar vasitəsilə icra etdiyi 4,389,339 sürət testinin nəticələrinə əsasən müəyyən edildiyi qeyd olunub.
Testlərin nəticələrinə əsasən, ölkə üzrə Ən Yüksək Yükləmə sürəti (Top Download Speed) 181.30 Mbit/s qeydə alındığı halda “Aztelekom” abunəçilərində bu göstərici 408.18 Mbit/s müəyyən olunub.
Qeyd edilib ki, “Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsinin operatorlarından biridir. Layihənin icra müddətində genişzolaqlı internetə çıxış imkanı əldə etmiş təsərrüfat sayı 13 dəfə artırılaraq ölkə üzrə 230 mindən 2.97 milyona çatdırılıb.
Layihənin icrasına başlandığı 2021-ci ildən etibarən ölkə üzrə genişzolaqlı internetin sürətində müsbət dinamika davam edərək 17.2 Mbit/s-dən 2024-cü ildə 66 Mbit/s-yə çatdırılıb və layihə müddətində 4 dəfə artım qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 12 d. əvvəl
-
-
13 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
24 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 13 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb





.jpg)







.jpg)







