"Batıgöz" və "Pasha Investments" arasında strateji əməkdaşlıq: Azərbaycanın səhiyyə sektoruna güclü investisiya mesajı
İmzalanmış razılaşmaya əsasən, növbəti mərhələdə Mərkəzi Asiya və MDB ölkələrində yeni Batıgöz filiallarının açılması planlaşdırılır.Batıgöz Sağlamlıq Qrupu (Medco Hospital Group) və Pasha Investments arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb.
Razılaşmaya əsasən, ilkin mərhələdə Batıgöz-ün Bakı, Sumqayıt və Lənkəran şəhərlərində fəaliyyət göstərən filialları bu partnyorluğa daxil edilib. 2025-ci ilin sonuna qədər Tovuz və Zaqatalada açılması planlaşdırılan yeni klinikalar da əməkdaşlıq çərçivəsinə daxil ediləcək.
Qeyd edilib ki, Batıgöz klinikalar şəbəkəsi, beynəlxalq tibbi idarəetmə şirkəti olan Medco Hospital Group-un tərkibinə daxildir. Peşəkar həkim komandası ilə çalışan Batıgöz hazırda 5 ölkədə 15 mərkəzlə fəaliyyət göstərir. Oftalmologiya sahəsində beynəlxalq miqyasda tanınan Batıgöz Sağlamlıq Qrupu eyni zamanda, ümumi tibbin müxtəlif istiqamətləri üzrə də müayinə, müalicə və cərrahi əməliyyatlar üzrə ixtisaslaşıb. Bütün klinikalar ən müasir texnologiyalarla təchiz olunmuş, beynəlxalq tibbi standartlara uyğun infrastruktur və pasiyent yönümlü xidmət modeli ilə fərqlənir.
Tərəfdaşlığın əsas məqsədi yalnız oftalmoloji və ümumi tibbi xidmətlərin keyfiyyətini yüksəltmək deyil, həmçinin tibbi sahədə investisiya dayanıqlığını təmin etmək, yerli və regional miqyasda sağlamlıq xidmətlərinin əlçatanlığını artırmaq və xidmət coğrafiyasını genişləndirməkdir. Belə ki, imzalanmış razılaşmaya əsasən, növbəti mərhələdə Mərkəzi Asiya və MDB ölkələrində yeni Batıgöz filiallarının açılması planlaşdırılır.
"Bu strateji əməkdaşlıq, Azərbaycanın səhiyyə sektoruna yönəlmiş dayanıqlı və məqsədyönlü investisiya fəaliyyətinin nümunəsi olmaqla yanaşı, Batıgöz-ün beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradır.
Eyni zamanda bu təşəbbüs, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin – xüsusilə vətəndaşlara keyfiyyətli və əlçatan tibbi xidmətlərin təmin olunmasına yönəlmiş strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Dövlətin səhiyyə sahəsinə göstərdiyi davamlı diqqət və dəstək, özəl sektorun da bu istiqamətdə məsuliyyətli və sistemli fəaliyyətinə zəmin yaradır.
Pasha Investments şirkətinin bir parçası olaraq, ölkəmizin səhiyyə sisteminin inkişafı yolunda bu strateji əməkdaşlığı birlikdə həyata keçirməkdən qürur duyuruq",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 25 d. əvvəl
-
- 45 d. əvvəl
- 48 d. əvvəl
-
53 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib





















