Azərbaycanın 7 aylıq ixracı 2 milyard dollar səviyyəsini keçib
“İxrac icmalı”nın avqust sayının ilkin rəqəmləri açıqlanıb.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayını təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında yeyinti məhsulları 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%, meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%, pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ dolları və ya 8,8% artıb.
2025-ci ilin yanvar-iyul aylarında aqrar məhsullar 27.9% artaraq 551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,3% artaraq 178.8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22.1% artaraq 730,2 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
12 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
12 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















