Quyulardan neft hasilatı azalır: bp maksimum hasilat üçün Xəzərə yeni texnologiya gətirir - Çoxmilyonluq müqavilələr imzalanıb
bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi dünya neft və qaz sənayesinin ən müasir texnologiyalarını Xəzər regionuna gətirməkdə davam edir. Bu səylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır.
"bp-Azərbaycan"ın yaydığı məlumatda bildirilir ki, bu məqsədə uyğun olaraq, bp Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq. Blue Ocean dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya Oceaneering International şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.
Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən - gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək. Bu o deməkdir ki, QDYM sistemi gəmi üzərinə inteqrasiya ediləcək və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunacaq. “Xankəndi” sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib.
bp şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb.
QDYM xidmətləri üçün Oceaneering International şirkəti ilə çoxmilyonluq müqavilə: Bu müqaviləyə BORİS sisteminin gəmidə yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçinin layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin inteqrasiyası və BORİS-in tətbiqi üçün tələb olunan avadanlıqların, materialların və inşa işlərinin təmin edilməsi daxildir.
QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün SLB şirkəti ilə çoxmilyonluq müqavilə: Bu müqaviləyə ağır yüklərin qaldırılması işlərini ləğv etmək və “qırmızı zona”nın idarə olunmasını sadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğunun təmin edilməsi, dövr etmə və təzyiq sınaqları üçün yüksək təzyiqli nasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcə də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təmin edilməsi daxildir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Qeyd edilib ki, bu proqram çərçivəsində dəniz əməliyyatlarının bu ilin sonunadək başlanacağı və 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyu əməliyyatları üzrə vitse-prezidenti Rassel Morris: “Hesab edirik ki, QDYM texnologiyası - xüsusilə də Dərinsulu Günəşli ərazisindəki quyulara BORİS sisteminin tətbiqi - bizə sualtı suvurma quyularını daha yaxından izləməyə, lay təzyiqinin idarə olunması və hasilatın gücləndirilməsi üçün ən perspektivli imkanları müəyyən etməyə imkan verəcək. bp-nin qlobal əməliyyatlarında həyata keçirdiyimiz oxşar proqramlardakı təcrübəmizdən istifadə etməklə Xəzərdə ilk dəfə tətbiq edəcəyimiz gəmidən aparılacaq quyu müdaxilələrindən çox faydalanacağımıza inanırıq. Bu, qazma qurğularından asılılığımızı azaldacaq və imkanların erkən aşkarlanmasını mümkün edəcək. Bütün bunlar bizim sualtı əməliyyatlar aparmaq qabiliyyətimizi və imkanlarımızı xeyli artırır və Xəzərdə sualtı quyularların idarə olunması işlərində yeni səhifə açır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
24 d. əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
-
29 d. əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 1 saat əvvəl
-
14 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
-
14 saat əvvəl
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Ən çox oxunanlar
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır
Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir






















