Avropa İttifaqında orta aylıq maaş 3300 avronu keçib
Ən yüksək orta maaş Lüksemburqdadır: 6 min 914 avro və ya 13 min 623 manat.Avropa Statistika Bürosunun (Eurostat) məlumatına görə, Avropa İttifaqında (Aİ) tam ştatla çalışan işçilərin orta illik maaşı 2024-cü ildə 39 min 808 avroya çatıb (cari məzənnə ilə 78 min 434 manat). Bununla da orta aylıq əməkhaqqı 3300 avro səviyyəsinə aşaraq 3317 avro təşkil edib (cari məzənnə ilə 6 min 535 manat).
Marja.az xəbər verir ki, 2023-cü ildə orta illik maaş 37 min 840 avro təşkil etmişdi. 2024-cü ildə isə bu göstərici 5,2% artıb.
Aİ ölkələri arasında Lüksemburq illik 82 min 969 avro ilə (aylıq 6914 avro və ya 13 min 623 manat ) ən yüksək maaşın olduğu ölkədir. Onun ardınca Danimarka (71 min 565 avro) və İrlandiya (61 min 51 avro) gəlir.
Ən aşağı illik orta maaşlar isə Bolqarıstan (15 min 387 avro), Yunanıstan (17 min 954 avro) və Macarıstan (18 min 461 avro) üzrə qeydə alınıb.
İllik maaş artımı baxımından Rumıniya (16,7%) ilk yeri tutub. Onun ardınca Polşa (16,6%) və Bolqarıstan (14%) qərarlaşıb.
Məbləğ baxımından maaşların ən çox artdığı ölkələr isə Avstriya (4 min 122 avro), Danimarka (3 min 625 avro) və Polşa (3 min 20 avro) olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 4 d. əvvəl
-
56 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















