Asiya İnkişaf Bankı Abşeron dairəvi xəttinin yenidən qurulmasına kömək edəcək
Asiya İnkişaf Bankı (ADB) "Abşeron dairəvi dəmir yolu xətti layihəsinin hazırlanmasına dəstək" layihəsi ilə bağlı texniki yardım göstərməyə başlayıb.
Xüsusi Texniki Yardım Fondu vasitəsilə 225 min ABŞ dolları məbləğində maliyyələşdirmənin təmin edilməsi planlaşdırılır.
"Azərbaycan tərəfinin müraciəti əsasında ADB infrastrukturun planlaşdırılması üzrə sənədlərin təhlilində ekspert dəstəyi göstərəcək. Bank "Azərbaycan Dəmir Yolları" QSC-yə metro və avtobus sistemləri, eləcə də şəhər və sənaye zonalarındakı fəaliyyətlə uzlaşmanın təmin edilməsində, həmçinin sərnişin qatarlarının alınması üçün tender sənədlərinin nəzərdən keçirilməsində yardım göstərəcək", - məlumatda bildirilir.
Texniki yardım səmərəli, müasir və tələbyönümlü dəmir yolu nəqliyyatının inkişafına töhfə verir.
"Texniki yardım çərçivəsində ADY-nin Abşeron dairəvi xəttinin baş planı layihəsinin təhlili tamamlanacaq və müvafiq infrastrukturun tikintisi ilə bağlı planlama işləri aparılacaq", - ADB-dən qeyd olunub.
Texniki yardımın ilkin başa çatma tarixi 30 noyabr 2026-cı ildir.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti Bakıdan Sumqayıta iki istiqamətdə Bakı - Pirşağı - Sumqayıt - Bakı və Bakı - Xırdalan - Sumqayıt - Bakı istiqamətində fəaliyyət göstərir və Abşeron yarımadasındakı digər sərnişin stansiyalarından keçir.
2015-ci ildə 42 km uzunluğunda Bakı - Biləcəri - Sumqayıt dairəvi dəmir yolu xəttinin yenidən qurulması, 2019-cu ildə isə Bakı - Sabunçu və Sabunçu - Pirşağı xətlərinin yenidən qurulması başa çatıb. 2020-ci ildə Pirşağı - Goradil - Novxanı - Sumqayıt sahəsinin yenidən qurulması tamamlanıb.
2025-ci il avqustun 6-da "Dərnəgül" stansiyasının tikintisinə başlanılıb. 4 platforma və 2 turniket pavilyonunun inşası planlaşdırılır.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyard ABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.
ADB 1966-cı ildə yaradılıb, mənzil-qərargahı Manilada yerləşir. Bank 50-si Asiya-Sakit okean regionu dövlətləri olmaqla 69 səhmdar ölkəni birləşdirir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 d. əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 26 d. əvvəl
-
-
57 d. əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
























