Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə tərəfdaşlığa başladı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB Dövlət Vergi Xidməti ilə aksizli malların ödənişi üzrə tərəfdaşlığa başladı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) ABB və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında qurulan əməkdaşlıq və məlumat sistemlərinin inteqrasiyası nəticəsində sahibkarlar üçün aksizli malların, ilkin mərhələdə tütün məmulatlarının satışı zamanı ödənişlərin ABB Biz tətbiqi vasitəsilə rəqəmsal qaydada həyata keçirilməsini təmin edən yeni, rahat və innovativ mexanizm istifadəyə verilib.

Bu mexanizm aksizli mallara görə ödəniş üçün əvvəllər istifadə edilən fərqli sistemlərə keçid ehtiyacını aradan qaldırır. Sahibkarlar ABB Biz tətbiqi daxilində alınan malların adını, sayını, qiymətini və məcburi nişanlama kodlarını görərək ödənişi eyni yerdən cəmi bir toxunuşla tamamlaya bilirlər.

Məlumat üçün bildirək ki, mövcud qaydalara əsasən aksizli malların satışı zamanı malların üzərində yerləşən DataMatrix (QR) kodları satıcı və alıcı tərəfindən ayrı-ayrılıqda skan edilməli, “Təqib və İzləmə Sistemi”ndə (TİS) yerdəyişmə və qəbul əməliyyatları təsdiqlənməli, ödəniş isə ayrıca həyata keçirilməli idi. Yeni mexanizm sayəsində tütün məmulatları üzrə kodların yenidən skan edilməsinə ehtiyac qalmır, təkrar əməliyyatlar aradan qalxır və sahibkarların işi daha da asanlaşır.

Qeyd olunan imkan ABB Biz tətbiqi və TİS sistemlərinin inteqrasiyası nəticəsində mümkün olub. Belə ki, topdansatışçı tərəfindən aksizli mallarla bağlı sifariş məlumatları daxil edildikdən sonra, sahibkara avtomatik bildiriş göndərilir və sifariş üzrə bütün ödəniş məlumatları ABB Biz tətbiqində əks olunur. Bu məlumatlar TİS bölməsində “Ödənilməli” statusu ilə görünür.

Bildirişi alan sahibkar əlavə sistemlərə keçid etmədən, ABB Biz tətbiqi daxilində cəmi bir toxunuşla ödənişi həyata keçirir. Ödəniş tamamlandıqdan sonra TİS-də müvafiq əməliyyatlar avtomatik icra olunur.

Eyni zamanda, sahibkar öz kassiri, anbardarı və ya digər səlahiyyətli nümayəndəsi üçün ABB Biz tətbiqi vasitəsilə elektron etibarnaməsini rəsmiləşdirərək, ona aksizli mallar üzrə ödənişlərin həyata keçirilməsi səlahiyyəti verə bilər. Bu isə gündəlik əməliyyatların daha rahat təşkilinə imkan yaradır. ABB Biz aksizli malların ödənişi üzrə sahibkarlar üçün vahid, rahat və müasir bank həlli kimi çıxış edir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ABB Biz tətbiqi aksizli malların rəqəmsal ödənişi tütün məmulatları ödəniş sistemi ABB və Dövlət Vergi Xidməti əməkdaşlığı aksizli mallar üzrə ödəniş mexanizmi rəqəmsal bank həlləri sahibkarlar üçün bank xidmətləri ABB Biz innovativ xidmət DataMatrix QR kod sistemi Təqib və İzləmə Sistemi TİS aksizli malların satışı tütün məhsulları vergitutma ABB Biz tətbiqi inteqrasiyası rəqəmsal vergi ödənişləri sahibkarlar üçün mobil bankçılıq elektron etibarnamə ABB Biz topdansatış aksizli mallar vergi sistemləri inteqrasiyası nağdsız ödəniş mexanizmi biznes üçün bank həlləri ABB bank xidmətləri Marja.az xəbərləri
12.01.2026 14:19

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar