Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirliyi 2025-ci il üzrə Azərbaycan Respublikasının dövlət və icmal büdcələrinin icrasına (operativ) dair məlumat yayıb.

Qeyd edilib ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 131,1 milyon manat, xərcləri 38 milyard 603,6 milyon manat icra olunub, 527,5 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Dövlət büdcəsinin gəlirləri

2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39 milyard 131,1 milyon manat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1 milyard 969,3 milyon manat çox icra edilib.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 24 milyard 650,1 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 16 milyard 353,5 milyon manatı və ya 41,8 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 14 milyard 481 milyon manatı və ya 37 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6 milyard 369,9 milyon manatı və ya 16,3 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 6 milyard 79,7 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 46,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1 milyard 200,8 milyon manatı və ya 3,1 faizi isə sair daxilolmaların payına düşür.

2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 2024-cü illə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 1 milyard 700 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 545,5 milyon manat və ya 3,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar üzrə 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 131,8 milyon manat və ya 24,1 faiz çox, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 278,8 milyon manat və ya 4,2 faiz az vəsait daxil olub.

Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci il üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 20 milyard 302,7 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 702,4 milyon manat və ya 3,6 faiz çoxdur.

Hesabat ili ərzində dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 59,1 faizini və ya 12 milyard 6,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,4 faizini və ya 6 milyard 369,9 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,3 faizini və ya 679,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 5,9 faizini və ya 1200,8 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 46,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.

2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə daxilolmalar 978,6 milyon manat və ya 8,9 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 131,8 milyon manat və ya 24,1 faiz çox icra olunub.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 18 milyard 828,4 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 266,9 milyon manat və ya 7,2 faiz çoxdur.

2025-ci ilin dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 23,1 faizi və ya 4 milyard 347,4 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76,9 faizi və ya 1 milyard 4481,0 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 52,0 faizi və ya 2 milyard 260,3 milyon manatı “Şahdəniz” layihəsi üzrə mənfəət vergisi, 41,3 faizi və ya 1 milyard 795,4 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər, 6,7 faizi və ya 291,7 milyon manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi hesabına təmin olunub.

Dövlət büdcəsinin xərcləri

2025-ci il ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əmək haqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

Dövlət büdcəsinin xərcləri 38 milyard 603,6 milyon manat icra olunub ki, bu da 2024-cü illə müqayisədə 889,9 milyon manat və ya 2,4 faiz çoxdur.

Dövlət büdcəsi xərclərinin 22 milyard 116,2 milyon manatı və ya 57,3 faizi cari xərclərə, 14 milyard 387,9 milyon manatı və ya 37,3 faizi əsaslı xərclərə, 2 milyard 99,5 milyon manatı və ya 5,4 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.

Dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası:

2025-ci il üzrə funksional təsnifata uyğun olaraq müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 68,2 milyon manat, iqtisadi fəaliyyət xərcləri 7 milyard 579,7 milyon manat, təhsil xərcləri 4 milyard 618,3 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 554,4 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 4 milyard 456,1 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 2 milyard 919,9 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 2 milyard 786,8 milyon manat, səhiyyə xərcləri 1 milyard 275,3 milyon manat, kənd təsərrüfatı xərcləri 1 milyard 120,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 527,3 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 374,2 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 322,5 milyon manat icra olunub.

2024-cü illə müqayisədə 2025-ci il ərzində müdafiə və milli təhlükəsizlik xərclərinə 22,9 faiz və ya 1 milyard 506 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 9,7 faiz və ya 403,3 milyon manat, ümumi dövlət xidmətləri xərclərinə 8,3 faiz və ya 341,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 6,1 faiz və ya 30,3 milyon manat, təhsil xərclərinə 5,2 faiz və ya 228,2 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə xərclərə 3,9 faiz və ya 110,1 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 3,4 faiz və ya 12,3 milyon manat, kənd təsərrüfatı xərclərinə 2,3 faiz və ya 25,1 milyon manat, mənzil və kommunal təsərrüfatı xərclərinə 0,9 faiz və ya 3,0 milyon manat çox vəsait yönəldilib.

Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə xərclərin icrası:

2025-ci ildə iqtisadi təsnifata uyğun olaraq qeyri-maliyyə aktivləri 12 milyard 949,2 milyon manat, əməyin ödənişi xərcləri 9 milyard 90,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 5 milyard 892,1 milyon manat, qrantlar və digər ödənişlər 3 milyard 969,9 milyon manat, sosial ödənişlər 3 milyard 146,2 milyon manat, subsidiyalar 1 milyard 167,1 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 1 milyard 96,4 milyon manat, faizlər üzrə ödənişlər 1 milyard 3 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 237,8 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 51,6 milyon manat icra edilib.

2025-ci il ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2 milyard 305,1 milyon manat vəsait sərf olunub.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 465,7 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 3 milyard 781,9 milyon manatı və ya 84,7 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli vəsaitin, 373,2 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin, 258,5 milyon manatı və ya 5,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə vəsaitin, 52,1 milyon manatı və ya 1,2 faizi dövlət büdcəsinin digər ehtiyatlarından ayrılmış vəsaitin payına düşür.

Ehtiyat fondlar üzrə xərclərin icrası:

2025-ci ildə dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmamış bəzi tədbir və xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 41,7 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 1 milyard 569,9 milyon manat, cəm olaraq 1 milyard611,6 milyon manat (“Büdcə sistemi haqqında” Qanunun 19.6-cı maddəsinə müvafiq olaraq dövlət büdcəsində qənaət olunmuş vəsaitdən dövlət büdcəsinin ehtiyat fonduna yönəldilmiş 1594,3 milyon manat də nəzərə alınmaqla) istifadə olunub.

Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti:

2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. 2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 757,0 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1 milyard 342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2 milyard 99,5 milyon manatın ödənilməsi təmin edilib. 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılıb.

1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 987,5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edir.

1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir.

Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17 milyard 804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.

İcmal büdcə

2025-ci il icmal büdcənin gəlirləri 47 milyard 955,1 milyon manat, xərcləri isə 44 milyard 651,9 milyon manat icra olunub. İcmal büdcədə 3303,2 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 8 milyard 88,7 milyon manat, xərcləri 7518,2 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 242,3 milyon manat, xərcləri 213,3 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 2 milyard 6 milyon manat, xərcləri 2 milyard 418,0 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 17 milyard 169,2 milyon manat, xərcləri 14 milyard 586,5 milyon manat məbləğində icra olunub.

Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 451,0 milyon manat, xərcləri 445,6 milyon manat təşkil edib.

Azərbaycan dövlət büdcəsi 2025 Maliyyə Nazirliyi dövlət büdcəsi hesabatı 2025-ci il dövlət büdcəsinin icrası Azərbaycan büdcə profisiti dövlət büdcəsi gəlirləri dövlət büdcəsi xərcləri icmal büdcə Azərbaycan qeyri-neft-qaz gəlirləri neft-qaz sektoru gəlirləri Dövlət Neft Fondu transfertləri vergi daxilolmaları Azərbaycan gömrük daxilolmaları büdcə gəlirlərinin strukturu büdcə xərclərinin strukturu müdafiə xərcləri Azərbaycan sosial müdafiə xərcləri təhsil xərcləri 2025 səhiyyə xərcləri Azərbaycan investisiya xərcləri dövlət büdcəsi işğaldan azad olunmuş ərazilərin bərpası xərcləri dövlət borcu Azərbaycan xarici dövlət borcu daxili dövlət borcu ÜDM nisbətində dövlət borcu dövlət borcuna xidmət xərcləri ehtiyat fondları xərcləri Dövlət Sosial Müdafiə Fondu büdcəsi İcbari Tibbi Sığorta Fondu büdcəsi İşsizlikdən Sığorta Fondu Azərbaycan icmal büdcə profisiti maliyyə göstəriciləri Azərbaycan fiskal siyasət Azərbaycan
28.01.2026 15:02

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Yağış yağacaq
Yağış yağacaq
28.01.2026 12:34
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18