"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
"Bugün burada PAŞA Bank-ın İPO-su ilə bağlı mühüm bir mərhələnin başlanğıcına toplaşmışıq. Əminəm ki, bu layihə təkcə bir korporativ təşəbbüs kimi deyil, Azərbaycan kapital bazarlarının inkişafında əlamətdar hadisələrdən biri kimi dəyərləndiriləcək".
Marja.az-ın məlumatına görə, bunu "PAŞA Bank"ın İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına start verilməsi tədbirində "PAŞA Kapital İnvestisiya Şirkəti"nin İdarə Heyətinin Sədri Ceyhun Hacıyev bildirirb.
Ceyhun Hacıyev, "PAŞA Kapital olaraq bu prosesdə əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir", -deyərək çıxışına belə davam edib:
"Bu İPO-nun əhəmiyyəti ilk növbədə ondan ibarətdir ki, kapital bazarının dərinləşməsinə, investor iştirakının genişlənməsinə və investisiya mədəniyyətinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Eyni zamanda bu layihə investorlara yeni fürsətlər açır, onlara ölkənin aparıcı maliyyə institutlarından birinin inkişafında iştirak etmək imkan yaradır.
Digər mühüm məqam isə bazarda keyfiyyət meyarlarının daha da möhkəmlənməsidir. Şəffaflıq, korporativ idarəetmə və açıq kommunikasiya bugün artıq seçim deyil, sağlam kapital bazarlarının əsasını təşkil edən prinsiplərdir. PAŞA Bank-ın IPO-su da məhz bu prinsiplərin daha da güclənməsinə xidmət edəcək.
PAŞA Kapital olaraq məqsədimiz təkcə uğurlu yerləşdirmə deyil, hədəfimiz bazarda etimadın yüksəldilməsi, investorlarla uzunmüddətli münasibətlərin qurulması və kapital bazarının dayanıqlı inkişafına töhfə verməkdir.
Əlbəttə ki, fürsətdən istifadə edərək bu yolda bizimlə əməkdaşlıq edən bütün tərəfdaşlara - Bakı Fond Birjasına, Milli Depozit Mərkəzinə, ABB İnvest-ə, Unicapital-a və əlbəttə ki, PAŞA Bank komandasına təşəkkürümü bildirirəm".
Qeyd edək ki, bu gün "PAŞA Bank"ön İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına start verilib. Səhmlər artıq hər kəs üçün açıqdır. Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davam edəcək.
Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter "PAŞA Kapital", "ABB Invest", "Unicapital" və Leobank platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisində mümkündür.
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 3 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
11 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)


.jpg)








