Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
iç səhifə xəbər şəkil altı (mobil)_32

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda yerləşən Firuz Heybətov adına Talabıqışlaq kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüblər.

Görüşdə İnstitutun "Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi" şöbəsinin aparıcı elmi işçisi, dosent Ələsgər Sarıyev və "İnklüziv sosial inkişaf" şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov iştirak ediblər. Tədbirin əsas məqsədi uzun illər İqtisadiyyat İnstitutunda səmərəli elmi fəaliyyət göstərmiş, iqtisadi fikir tarixinin tanınmış tədqiqatçısı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Xosrov Kərimovun zəngin elmi irsinin və xatirəsinin yad edilməsi olub.

Tədbir çərçivəsində alimlər Xosrov Kərimovun həyat və yaradıcılığına həsr olunmuş xatirə kitabını məktəbin müəllim və şagird kollektivinə təqdim ediblər. Çıxışlarda görkəmli iqtisadçının elmi fəaliyyəti, iqtisadi fikir tarixinin araşdırılması sahəsində xidmətləri, həmçinin onun gənc nəslin maariflənməsi və elmi düşüncəsinin formalaşmasına verdiyi töhfələrdən bəhs olunub.

Xosrov Kərimovun həyat yolu və yaradıcılığı haqqında səsləndirilən fikirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, müəllim və şagirdlər alim haqqında xatirələr və təqdim olunan kitab ətrafında fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində İqtisadiyyat İnstitutunun əməkdaşları Talabıqışlaq kəndində yerləşən Xosrov Kərimovun məzarını da ziyarət edərək onun əziz xatirəsini ehtiramla anıblar, ruhuna dualar oxuyublar.

Tədbir görkəmli alimlərin elmi irsinin gənc nəslə tanıdılması, milli elmi-mənəvi dəyərlərin təbliği və elmə marağın artırılması istiqamətində həyata keçirilən maarifləndirici təşəbbüslərdən biri kimi dəyərləndirilib.

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu Quba rayonu Talabıqışlaq kəndi Firuz Heybətov adına məktəb Talabıqışlaq kənd tam orta məktəbi Xosrov Kərimov Xosrov Kərimovun xatirəsi iqtisadçı alim Xosrov Kərimov iqtisad üzrə fəlsəfə doktoru iqtisadi fikir tarixi elmi irs xatirə kitabı alimlərin xatirəsi elmi fəaliyyət maarifləndirici tədbir məktəbdə görüş müəllim və şagirdlərlə görüş Ələsgər Sarıyev Firdovsi Şahbazov Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi şöbəsi İnklüziv sosial inkişaf şöbəsi iqtisad elmi Azərbaycan iqtisadçıları görkəmli alimlər gənc nəslin maariflənməsi elmi düşüncə milli elmi dəyərlər mənəvi dəyərlər elmə marağın artırılması Qubada tədbir Talabıqışlaqda tədbir Xosrov Kərimovun məzarı elmi-mənəvi dəyərlərin təbliği Azərbaycan elmi iqtisadi tədqiqatlar İqtisadiyyat İnstitutu əməkdaşları xatirə tədbiri alimlərin elmi irsi məktəblilərlə maarifləndirici görüş
12.06.2026 13:16
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19