Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
Orta və böyük şirkətlər üçün yeni rəqəmsal HR həlli təqdim olundu(®) Müasir biznes mühitində şirkətlər böyüdükcə insan resurslarının idarə olunması daha mürəkkəb və resurs tələb edən prosesə çevrilir. Əmək müqavilələrinin hazırlanması, əmrlərin tərtibi, məzuniyyət və ezamiyyələrin idarə olunması, əmək haqqının hesablanması və hesabatlılıq kimi proseslər HR komandalarının vaxtının böyük hissəsini alır. Nəticədə HR mütəxəssisləri işçilərin inkişafı və təşkilati effektivliyin artırılması kimi strateji məsələlərə daha az vaxt ayıra bilirlər.
Məhz bu ehtiyacdan çıxış edərək Azərbaycanın aparıcı vergi, mühasibatlıq və kadr idarəçiliyi şirkətlərindən biri olan SM Consulting tərəfindən SensibleHR platforması hazırlanıb.
SensibleHR nədir?
SensibleHR müəssisələrin kadr kargüzarlığı və əmək haqqı proseslərini vahid elektron platformada idarə etməyə imkan verən milli ERP həllidir. Platforma əmək müqavilələrinin idarə olunması, əmrlərin hazırlanması, məzuniyyət və ezamiyyələrin rəsmiləşdirilməsi, davamiyyət uçotunun tərtibi, əmək haqqı və digər hesablamaların aparılması, həmçinin müəssisədaxili menecmentə və dövlətə təqdim edilməli hesabatların tərtibini avtomatlaşdırılmış formada həyata keçirir.
ƏMAS varsa, SensibleHR-ə niyə ehtiyac var?
Bir çox sahibkar və HR mütəxəssisini maraqlandıran əsas suallardan biri budur: ƏMAS varsa, SensibleHR-ə niyə ehtiyac var?
ƏMAS əmək münasibətlərinin dövlət səviyyəsində qeydiyyatını və idarə olunmasını təmin etdiyi halda, SensibleHR müəssisədaxili HR və payroll proseslərinin tam idarə edilməsinə xidmət edir. Başqa sözlə, SensibleHR əmək münasibətləri ilə bağlı bütün əməliyyatların qeydiyyatını və hesablanmasını avtomatlaşdırır. Sistem əməkhaqqını hesablayır, qanunvericiliyə uyğun icbari ödənişləri tutur və yekun məbləğin bank inteqrasiyası vasitəsilə işçilərin kart hesablarına köçürülməsini təmin edir. Bundan əlavə, işçilər şəxsi kabinet və mobil tətbiq vasitəsilə HR və əməkhaqqı məlumatları ilə tanış ola, müxtəlif müraciətlərini elektron qaydada təqdim edə bilirlər. Sistem əmək qanunvericiliyi və daxili idarəetmə tələbləri ilə bağlı avtomatik bildirişlər göndərərək HR mütəxəssislərinə və rəhbərlərə prosesləri vaxtında və proaktiv şəkildə nəzarətdə saxlamağa kömək edir.
Orta və böyük şirkətlər üçün üstünlüklər
Platforma xüsusilə orta və böyük şirkətlər üçün ciddi üstünlüklər yaradır. SensibleHR HR əməliyyatlarının böyük hissəsini avtomatlaşdıraraq sənəd dövriyyəsini azaldır, əmək haqqı hesablamalarında insan səhvlərini minimuma endirir, qanunvericiliyə uyğunluğu gücləndirir və rəhbərlik üçün operativ hesabatlılıq təmin edir. Nəticədə HR komandaları vaxtlarını rutin əməliyyatlara deyil, insan kapitalının inkişafına yönəldə bilirlər.
Təhlükəsizlik və etibarlılıq
Təhlükəsizlik baxımından da platforma yüksək standartlara cavab verir. SensibleHR Azərbaycanın aparıcı kibertəhlükəsizlik şirkətlərindən biri olan Prosol tərəfindən həyata keçirilən Penetration Test (Pentest) yoxlamalarından uğurla keçib. Eyni zamanda platforma MYGOVİD həlli ilə inteqrasiya olunub ki, bu da istifadəçilərin təhlükəsiz identifikasiyasını və sistemə etibarlı girişini təmin edir. Eyni zamanda, kadr kargüzarlığı üçün zəruri məlumatların real rejimdə elektron məlumat mübadiləsi aparılması üçün dövlət tərəfindən təklif edilən digital.finance sisteminə qoşulmaq üçün müraciət edilmişdir.
SensibleHR-in arxasında hansı təcrübə dayanır?
SensibleHR-in arxasında 2014-cü ildən fəaliyyət göstərən SM Consulting şirkəti dayanır. Şirkət vergi, mühasibatlıq, əmək haqqı və kadr idarəçiliyi sahəsində yüzlərlə müəssisə ilə əməkdaşlıq edərək topladığı praktiki təcrübəni və qanunvericilik ekspertizasını bu məhsulda birləşdirib. Hazırda şirkət 40-a yaxın peşəkar mütəxəssisdən ibarət komandası ilə fəaliyyət göstərir.
Layihə müəllifindən
Layihənin müəllifi və SM Consulting-in təsisçisi, icraçı direktoru Emin Səttarovun sözlərinə görə, SensibleHR bazarın real ehtiyaclarından yaranıb:
"Biz illərdir müxtəlif ölçülü şirkətlərin HR və payroll proseslərini idarə edirik. Praktik fəaliyyətimiz zamanı gördük ki, müəssisələrin ən böyük problemlərindən biri əməliyyat yüküdür. HR mütəxəssisləri vaxtlarının böyük hissəsini sənəd dövriyyəsinə və hesablamalara sərf edirlər. SensibleHR məhz bu yükü azaltmaq, HR komandalarının diqqətini insan kapitalının inkişafına yönəltmək üçün yaradılıb".

SM Consulting-in təsisçisi, icraçı direktoru Emin Səttarov
Məqsəd yalnız proqram təminatı deyil
Emin Səttarovun sözlərinə görə, şirkətin məqsədi yalnız proqram təminatı təqdim etmək deyil, müəssisələrdə HR idarəçiliyinin keyfiyyətini yeni səviyyəyə qaldırmaqdır: "SensibleHR-i hazırlayarkən əsas məqsədimiz Azərbaycan biznesinin ehtiyaclarına uyğun, qanunvericiliyi nəzərə alan, istifadəsi rahat və təhlükəsiz bir platforma yaratmaq idi. İnanırıq ki, rəqəmsal HR idarəçiliyi yaxın illərdə şirkətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri olacaq."
Rəqəmsal transformasiyaya doğru növbəti addım
Əgər siz də HR proseslərini sürətləndirmək, əməliyyat yükünü azaltmaq, əmək haqqı hesablamalarında riskləri minimuma endirmək və şirkətinizdə rəqəmsal transformasiyanı həyata keçirmək istəyirsinizsə, SensibleHR ilə tanış olmağın vaxtıdır.
SensibleHR haqqında
SM Consulting MMC haqqında
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 45 d. əvvəl
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb



























