"Bakının brendinqi ilə məşğuluq"
"Azərbaycanla yanaşı Bakının özünün də turizm brendi olmalıdır. Hazırda biz Bakının brendinqi ilə məşğuluq. Bundan əlavə, Bakının marketinq strategiyası üzrə işlər görülür. Xüsusən Bakıda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Onların turistlər üçün daha cəlbedici olması məqsədilə müxtəlif tədbirlər görülür".
Bu barədə açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, hazırda turizm sektorunda bir neçə istiqamət üzrə marketinq, bazarların öyrənilməsi işi aparılır:
"Məsələn, tutaq ki, biz Rusiya bazarı deyirik. Amma Rusiya bazarı özlüyündə çox fərqlidir. Məsələn, məlum olub ki, Sankt-Peterburqdan gələn turistlərin tələbatı bir, Moskvadan gələnlərinki başqa, Vladivostokdan gələnlərinki tam fərqlidir. Yəni burada seqmentasiya aparılmalıdır. Həmçinin, hazırda bir neçə istiqamətdə, o cümlədən Asiya regionu üzrə, xüsusən Çin, Malayziya və ən böyük müsəlman dövləti olan İndoneziya istiqamətində iş aparırıq. Bundan əlavə, İsraildən gələn turistlərin sayının artırılması üçün işlər görülür".
K.Quluzadə qeyd edib ki, Azərbaycan turizminin təbliğ edilməsi məqsədilə bir neçə istiqamətdə iş aparılır: "Məsələn, Bizim Baltikyanı ölkələrlə, həmçinin Polşa ilə çox sıx əlaqələrimiz var. Biz tərəfdaş olaraq qarşılıqlı şəkildə bir-birimizin turizm potensialı barədə materiallar yayırıq.
Ümumiyyətlə, təbliğatın bir neçə yolu var. Bu, ilk növbədə media vasitəsilə edilir. Bizim vasitəmizlə artıq bütün dünyada məşhur olan "Forbes" jurnalı, "Reuters" agentliyi və s. digər nüfuzlu KİV-lər Azərbaycan turizmi haqqında yazılar yazır, reportajlar hazırlayırlar. Bundan əlavə, Büronun artıq MDB məkanında, Türkiyədə, Avropada, Amerikada tərəfdaşları var.
Digər istiqamət rəqəmsal marketinq işidir. Biz azerbaijan.travel saytını tam yeni konsepsiyada qurmuşuq. Bu saytın artıq onminlərlə izləyicisi var. Hələlik sayt ingilis və rus dillərindədir, amma gələcəkdə yəqin ki, prioritet seçdiyimiz istiqamətlətlərə görə digər dillərdə də olacaq.
Bundan əlavə, biz salambaku.travel saytını yaradacağıq. Bu sayt sırf Bakı haqqında olacaq. Eləcə də, sosial şəbəkələr və digər internet resurslardan istifadə edilir və bu iş daha da genişləndiriləcək. İndi insanlar məlumatları əsasən mobil telefonlar, smartfonlar vasitəsilə alırlar. Biz onların smartfonlarında olmalıyıq, dünyada hamı Azərbaycan haqqında bilməlidir. Azərbaycan saytlarına adətən yerli əhali girib baxırsa, bizim saytlara isə baxanların çoxu əcnəbilərdir. Bizim əsas istədiyimiz də elə budur. Məqsədimiz budur ki, xaricilər bilsin ki, Azərbaycanda nələr var, tariximiz, mədəniyyətimiz, mətbəximiz nədir, hara və necə getmək olar, qiymətlər necədir. Biz bu məlumatları daha artırmağı, onları daha rəngarəng etməyi düşünürük.
Bundan əlavə, ölkə daxilində və xaricində xüsusi tədbirlər, sərgilər təşkil edilir".
© Milli.Az
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 1 gün sonra
-
- 23 d. əvvəl
-
52 d. əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bank-dan sahibkarlar üçün 3 ay komissiyasız və limitsiz biznes ödənişləri
-
2 saat əvvəl
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
-
2 saat əvvəl
bp Özbəkistanda SOCAR-dan da pay almaqla "Şimali Üstyurd" sazişinə qoşuldu
-
2 saat əvvəl
Metrodakı köhnə vaqonlar 2042-ci ilə qədər istifadədən mərhələ ilə çıxarılacaq
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Azərbaycan neftinin son qiyməti
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı
Ən çox oxunanlar
Dərnəgüldən qatarla birbaşa rayonlara!
Çinin avtomobil ixracında güclü artım
Rəsmi məzənnələr açıqlandı
Lökbatanda yerləşən anbarın 50 faizə yaxını yanıb
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər






.jpg)







.jpg)









