Zakir Nuriyevdən "birləşmə" açıqlaması

Azərbaycanın iki köklü bankı - "Rabitəbank" və "Bank Respublika" konsolidasiya (birləşmə) ilə bağlı danışıqlar aparır.
Bu barədə bank sektorundakı bir neçə mənbə, o cümlədən sözügedən bankların adının çəkilməsini istəməyən əməkdaşları bildirib.
Həmsöhbətlərimizdən birinin sözlərinə görə, hələlik proses danışıqlar mərhələsindədir:
"İki bankın rəhbərliyi konsolidasiya ilə bağlı danışıqlar aparır. Hələlik danışıqlar mərhələsində olan proses yaxın vaxtda hüquqi mərhələyə keçəcək".
Mənbə onu da əlavə edib ki, bir müddətdir hər iki bank ATM şəbəkəsini birləşdirməklə məşğuldur.
Digər mənbə isə bunları deyib: "Danışıqlar gedir, nə vaxt və necə yekunlaşacağı barədə heç nə demək olmur".
"Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev açıqlamasında bildirib ki, rəhbərlik etdiyi bank daim konsolidasiya ilə bağlı danışıqlara açıqdır:
"Bilirsiniz ki, mən həm də Azərbaycan Banklar Assosiasiyasının prezidentiyəm. Bizim işimiz konsolidasiya prosesini təşviq və təbliğ etməkdən ibarətdir. Lakin hazırda konsolidasiya və ya qoşulma ilə bağlı konkret danışıqlar aparılmır, konkret qərar da yoxdur".
"Bank Respublika"nın ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Ramil Bayramov isə bildirib ki, konsolidasiyadan xəbərsizdir: "Məndə belə bir məlumat yoxdur".
Azərbaycan Banklar Assosiasiyasından isə konsolidasiya məsələsinin gündəmdə olduğunu bildirsələr də, bankların adlarını açıqlamaq istəməyiblər.
Maliyyə Bazarlarına Nəzarət Palatası isə müvafiq sorğumuza cavab verməyib.
Cari ilin mayın 31-də bankların yaydığı birgə məlumatda qeyd edilib ki, "Bank Respublika" və "Rabitəbank" bankomat şəbəkəsini birləşdirib. Birləşmiş şəbəkəyə 90-dan artıq bankomat daxildir.
"Bank Respublika" 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 84%-i iş adamı Natiq Quliyev və onun ailə üzvlərinə məxsusdur. Səhmdarlar arasında Almaniyanın DEG, "Sparkassen-Finanzgruppe" kimi maliyyə institutları da var.
"Rabitəbank" 1993-cü ildən etibarən fəaliyyət göstərir. Bankın əsas səhmdarları Müşahidə Şurasının sədri Zakir Nuriyev və onun ailə üzvləridir.
© APA
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
-
12 d. əvvəl
“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib
- 19 d. əvvəl
- 42 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan daha bir beynəlxalq vençur fondu ilə danışıqlar aparır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“İstisu” ixracı 8 ayda təxminən 800 min dollar gəlir gətirib

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub

Qızılın qiymətində yeni rekord – ABŞ hökumətinin bağlanması və faiz endirim gözləntiləri bazarları hərəkətə gətirib
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!
