Dollar Trump dövrünün başlaması ilə ucuzlaşır
Trump dövrü başladıqdan sonra siyasi qeyri-müəyyənliklərin artacağı barədə narahatlıqlar yüksəlib. Donald Trumpın prezidentliyinin ilk günlərində iqtisadi artımı dəstəkləməyə dair əlavə bir məlumat verməyib. Trumpın andişmə mərasimində etdiyi çıxışdan sonra qızıl bahalaşıb, dollar isə ucuzlaşıb. Trumpın çıxışının "davakar" tonu siyasi qeyri-müəyyənliyin daha da artacağı narahatlığını gücləndirib.
Eyni zamanda ABŞ Prezidenti Donald Trump, Şimali Amerika Azad Ticarət Razılaşmasını (NAFTA) yenidən müzakirəyə çıxaracağını deyib.
Trump-dan sonra Dollar Avro qarşısında ucuzlaşmaqdadır. Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Avro/dollar məzənnəsi 1.0742 səviyyəsinə qalxıb. Dollar avro qarşısında 0,4% dəyərdən düşüb.
Dollar yen qarşısında 0.8 faizə qədər düşərək, Dollar/yen 113.74 səviyyəsinə gəlib. 10-lar qrupu ölkələrin pullarının hamısı dollar qarşısında bahalaşıb.
Qızıl isə 0.6 faiz bahalaşaraq unsiyası 1217 dollara qədər qalxıb.
Trump, Amerikanın maraqlarını gündəmində ilk yerə qoyacağını açıqlamasının ardından ABŞ Prezidenti olaraq vəzifəsinə başlayıb. Trumpın seçki kampaniyası zamanı iqtisadi inkişaf yönümlü vədləri, Noyabr ayından bu yana qlobal səhmlərin yüksəlməsinə səbəb olmuş, dollar dəyər qazanmış və ABŞ xəzinə istiqrazları düşmüşdü.
"Dollar və bazar Trump və onun komandasının siyasi bəyanatlarına qarşı çox həssas olacaqdır. Trump-ın Amerikaya rifah gətirib gətirməyəcəyini gözləyib görəcəyik. Qlobal baxımdan, Trumpın siyasətləri Amerikanın "tortdan" daha böyük bir dilim alması ilə nəticələnə bilər, ancaq qlobal ticarət azalsa, "tort" yəqin ki, böyüməyəcək",- analitiklər bildirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 20 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















