İlk dəfə metroda 4G xidməti!
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı şəhərinin bütün metro stansiyalarında özünün ultra-sürətli 4G LTE mobil internet xidmətini istifadəyə verib.
4G şəbəkəsinin metroda qurulması yüksək həcmdə trafik mübadiləsi tələb edən film izləmək, selfi çəkib paylaşmaq kimi xidmətlərin istifadəsini dayandırmaq istəməyən sərnişinlərin çoxdan gözlədiyi hadisədir.
“Bakcell”in LTE şəbəkəsi hazırda Bakı metrosunun 21 stansiyasında (hazırda təmir olunan “Sahil” stansiyası istisna olmaqla) mövcuddur. Bakcell şirkətinin tətbiq etdiyi ən müasir “LTE Advanced” texnologiyası sayəsində, operatorun abunəçiləri artıq hətta metroda belə saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlana biləcəklər. Qeyd etmək lazımdır ki, bu xidmətin hazırda yalnız metro stansiyalarının platformalarında istifadəsi mümkündür.
“Biz metrodan tez-tez istifadə edən Bakcell abunəçilərinə çox yüksək keyfiyyətli 4G LTE xidmətini təqdim etməkdən böyük qürur hissi duyuruq. Abunəçilərimiz artıq platrofmalarda qatarı gözləyəndə belə bizim ultra-sürətli mobil internet şəbəkəmizdən yararlanmaq imkanı qazanıblar. Bu bizim üçün böyük nailiyyətdir və əminik ki, bu sahədə gördüyümüz işlər daim mobil olmaq və bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
4G xidməti sayəsində Bakcell abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərmək, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləmək, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynamaq imkanına malikdirlər.
Bakcell şirkəti bundan sonra da öz abunəçilərini yeniliklər, ən son texnologiyalar və müasir, rahat və etibarlı xidmətləri ilə sevindirməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)






.jpg)







