Hyundai Motor-danyeni konsepsiya və həllər
- Hyundai Motor Las-Veqasda keçirilmiş CES sərgisində ev və avtomobil arasında sərhədləri silən Mobility Vision konsepsiyasını təqdim etmişdir.
- Hyundai Motor Tibbi texnologiyalar sahəsində baş verən innovasiyalardan yararlanaraq avtomobillərdən başqa mobil həllər üçün də istifadədə həll yolları yaratmışdır.
Hyundai Motor səfərlər zamanı sürücünün özünü yaxşı hiss etməsini təmin edəcək Health + Mobility konseptual kabinəsini təqdim etmişdir
Hyundai Motor 2017-ci ilin 5-8 yanvar tarixlərində Las-Veqasda keçirilmiş Consumer Electronics Show (CES) sərgisində özünün gələcəyin mobilliyi konsepsiyasını təqdim etmişdir. Yeni texnologiyalar avtomobilin gündəlik həyata inteqrasiyasına yönəldilib və intellektual avtonom idarəetmə sistemi, şəbəkəyə qoşulmuş avtomobil üçün proqressiv həllər və hərəkət zamanı sürücünün özünü yaxşı hiss etməsini dəstəkləmək üçün nəzərdə tutulmuş innovasiyalar təklif edir.
Avtomobil və evi birləşdirən Mobility Vision konsepsiyası
Hyundai Motor, sərgidə sürücünü gündəlik əhatəsi ilə birləşdirəcək Mobility Vision konsepsiyasını təqdim etmişdir. Bu texnologiya nəqliyyat vasitəsi, gündəlik həyat və iş məkanları arasında sərhədləri silərək, avtomobili insanların həyatının ayrılmaz tərkib hissəsinə çevirir. Avtomobil ev ilə əlaqələndirilə bilinəcək və müəyyən funksiyalar yerinə yetirəcəkdir.
Yeni hərəkət azadlığı təklif edən ekzoskeletlər
Hyundai Motor sərgidə elektrik naqilli və insan yönümlü H-MEX, HUMA və H-WEX ekzoskeletlərini təqdim etmişdir.Avtomobil sektoru ilə əlaqəli olmasa da tibdə çox böyük yardımları olacaq bu ekzoskletlər barədə qısa məlumatlar aşağıdadır.
H-MEX ekzoskeleti (Hyundai Medical EXoskeleton) onurğa sütununun aşağı şöbəsində travmaları olan xəstələrə yerimək qabiliyyətini qaytarmağa kömək edir. H-MEX addımın sürəti, uzunluğu və gövdənin əyilmə bucağı da daxil olmaqla bütövlükləsahibini analiz edir və ona uyğunlaşa bilir.
Digər işləmə - HUMA (Hyundai Universal Medical Assist) – lokomotor funksiyalarından əziyyət çəkən insanlara yardımçı olmaq üçün hazırlanmış ekzosklet.HUMA,istifadəçinin hərəkətləri ilə uzlaşır və özünü sahibinin yeriş, qaçış, yaxud pilləkənlə enmə və ya qalxma da daxil olmaqla müxtəlif aktivlik tiplərinə uyğun tənzimləyir.
H-MEX və HUMA çıxarılıb-taxılan və enerji ilə yüklənən akkumulyatordan qidalanır, yüngül karkasın uzunluğu istifadəçinin qabaritlərinə uyğun olaraq tənzimlənir. Bel və dizlər xüsusi dayaqlarla bərkidilir, robotlaşdırılmış karkasın hissələri isə hərəkət edərək və əyilərək, bədənin vəziyyətini idarə edir və optimal yerişi formalaşdırır.
Hyundai Waist EXoskeleton (H-WEX) ekzoskeleti təkrarlanan fiziki və ya ağır işlərlə məşğul olan fəhlələrin kürək travmalarının profilaktikası üçün bədənin yuxarı hissəsi və budların bərkidilməsini təmin edir.
Yolda yaxşı əhval-ruhiyyə üçün Health + Mobility konsepsiyası
Bundan başqa, CES sərgisində Hyundai Motor şirkəti hərəkət zamanı sərnişinlərin özlərini yaxşı hiss etmələrinin qeydinə qalan Health + Mobility konsepsiyasını təqdim etmişdir. Sərgi zamanı xüsusi virtual reallıq otağında qonaqlara avtomobilin daxilində işə və işdən evə hərəkət zamanıbaş verə biləcək stressləri aradan qaldırmaq üçün şəraitin necə yaradıldığı nümayiş etdirilmişdir. İnteraktiv tibbi nəzarət texnologiyası kabinədə yerləşən ötürücülər vasitəsilə çoxsaylı sağlamlıq və əhval-ruhiyyə göstəricilərini davamlı olaraq izləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
30 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
























