Azərbaycanın yüksək vəzifəli məmuru vəfat edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov vəfat edib.
A.Ələsgərov dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, A.Ələsgərov 1937-ci ilin dekabrın 13-də Bakıda anadan olub. A.Ələsgərov əmək fəaliyyətinə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"nın mühəndisi kimi başlayıb.
Daha sonra o, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" trestində mühəndis, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsinin mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy", layihənin baş mühəndisi, şöbə müdiri, trestin baş mühəndisi, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsinin baş mühəndisi, SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunun baş mühəndisinin müavini, "Bakıbaştikinti"nin Layihə - Konstruktor Texnoloji Bürosunun direktoru, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.
A.Ələsgərov 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri idi.
Xatırladaq ki, A.Ələsgərov Azərbaycan Memarlar İttifaqının sədri olub, "Şərəf Nişanı" ordeni, “Xalqlar Dostluğu” ordeni, "Şöhrət" ordeni ilə təltif olunub, 1987-ci ildə "Azərbaycanın əməkdar mühəndisi və 2007-ci ildə "Azərbaycanın əməkdar memarı" fəxri adları verilib.
Allah rəhmət eləsin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)






