Brus Uillis HELL ENERGY markasının siması oldu
Dünyaca məşhur, macəra filmlərindən tanıdığımız aktyor Brus Uillis Azərbaycanda enerji içkisi bazarında lider olan HELL ENERGY brendinin siması olub.
Tanınmış Hollivud aktyorunun marka ilə imzaladığı müqaviləyə əsasən, onun adı bu brendlə yanaşı çəkiləcək.
Kampaniya çərçivəsində Brus Uillisin iştirakı ilə reklam çarxı hazırlanıb və həmin reklam dünyanın bir çox ölkəsi daxil olmaqla Azərbaycanda da yayımlanmağa başlanıb.
HELL ENERGY “A” kateqoriyasından olan Hollivud ulduzu ilə əməkdaşlıq etməyə başlayan ilk enerji içkisi hesab oluna bilər. HELL ENERGY-nin marketinq direktoru Peter Pantl bildirib ki, “HELL dinamik enerji, güc və keyfiyyəti təmsil edir. Bizim bu dəyərləri göstərən birinə ehtiyacımız var idi. Layihənin planlaşdırılmasına başlayanda bir çox adlar barədə düşündük, lakin Brus Uillis üzərində dayandıq. O, dünya üzrə tanınmış simadır və onun adı ən yaxşı keyfiyyət üçün zəmanətdir”.
Qeyd edək ki, bu kampaniya eyni vaxtda təxminən 50 ölkədə başlanıb və ilk yerdə sosial media olmaqla 360 dərəcəli kommunikasiya imkanlarından istifadə ediləcək.
Kampaniyanın əsas video çarxı çoxlu müzakirələr və hazırlıqdan sonra 2018-ci ilin əvvəlində Nyu-Yorkda çəkilib. Reklamın ideyası HELL ENERGY-nin marketinq komandası tərəfindən təqdim olunub və digər enerji içki reklamlarından fərqli olaraq sürətli maşınlar, ekstrim, əyləncə kimi stereotipləri qıraraq yalnız aktyor və brendə fokuslanıb.
Qeyd edək ki, Macarıstan markası olan HELL ENERGY DRINK hazırda 50-yə yaxın ölkəyə ixrac olunur və zavodunda hər gün 4,5 milyon ədəd enerji içkisi istehsal edilir. Dünyanın qabaqcıl standartlarına cavab verən, nəhəng istehsal potensialına malik HELL ENERGY DRINK sadəcə 10 il ərzində öz uğur hekayəsini yaradıb və hazırda dünyanın ən tanınan enerji içki markalarından sayılır. Bu reklam çarxı da şirkətin tarixində yeni uğur hesab olunur.
Reklamı aşağıdakı keçiddən və ya HELL ENERGY-nin rəsmi Facebook səhifəsindən izləyə bilərsiniz:
http://www.hellenergy.com/bw_tvc_az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 2 gün sonra
- 4 d. əvvəl
- 9 d. əvvəl
-
20 d. əvvəl
Ağ Şəhərdə premium yaşam standartları — Raffle Edition satışdadır
- 27 d. əvvəl
- 37 d. əvvəl
- 47 d. əvvəl
-
51 d. əvvəl
Dövlət 4 bankda 1 milyard 90 milyon manat depozit yerləşdirdi
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu!
Ağ Şəhərdə premium yaşam standartları — Raffle Edition satışdadır
12 noyabr üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub
Bank “YAŞAT” Fonduna 100 000 manat ianə edib
Ən çox oxunanlar
Dövlət 4 bankda 1 milyard 90 milyon manat depozit yerləşdirdi
Pakistanın Baş naziri Azərbaycana səfərə gəlib
“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib
Azərbaycan Avropa İttifaqı ilə yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqları bərpa edir
"2500 manat maaş alanlar kifayət qədər çoxdur. 3% vergi o qədər də böyük məbləğ deyil" - Nazir müavini
GAC-də fürsətlər hələ davam edir









.jpg)






.jpg)


