Xəmir mayası satışını 3 dəfə artırıb

Preslənmiş xəmir mayası istehsalçısı “Azər-Maya” ASC 2017-ci ili 31 min 365 manat xalis mənfəətlə başa vurub. Şirkət 2016-cı ildə 18 min 864 manat, 2015-ci ildə isə 22 min 971 min manat xalis mənfəət əldə etmişdi.
"Marja" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il ASC-nin satışdan gəlirləri 62% artaraq 1 milyon 738 min 865 manata yüksəlib. ASC satışdan 2016-cı ildə 1 milyon 71 min manat, 2015-ci ildə isə 541 min manat gəlir əldə etmişdi. Son 2 ildə “Azər-Maya”nın satışdan gəlirləri 3 dəfə artıb. Gəlirlər 3 dəfə artsa da şirkətin xalis mənfəəti 36% artıb.
Ötən il satışdan gəlirlərin 81%-ni və ya 1 milyon 410 min manatını satışın maya dəyəri təşkil edib. İnzibati və digər xərclər çıxıldıqdan sonra 39 min 206 manat əməliyyat mənfəəti qalıb. Bu mənfəətdən 7 min 841 manat mənfəət vergisi ödənilib.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
31 Dekabr 2017-ci il tarixində “Azər-Maya” ASC 3 milyon 844 min manat cəmi aktivlərə, 3 milyon 320 min manat cəmi öhdəliklərə və 523 min manat cəmi kapitala malik olub.
1973-cü ildə fəaliyyətə başlamış keçmiş Bakı Bulka-Maya zavodunun bazasında 1997-ci ilin may ayında tam özəlləşdirilmiş müəssisə olan “Azər – Maya” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “Azər-Maya” ASC istehsal etdiyi preslənmiş xəmir mayası ilə Azərbaycanın tələbatını ödəməklə yanaşı qonşu dövlət olan Gürcüstan Respublikasına da ixrac edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
20 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 23 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
