Azərbaycan vətəndaşları birinci yeri tutub
2018-ci ildə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 424 610 nəfər təşkil edib.
Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulianın təqdim etdiyi illik hesabatda bildirilib.
2017-ci illə müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayında 123 054 nəfər və ya 9,5% artım qeydə alınıb. Bu göstərici ilə Azərbaycan 2017-ci ildə olduğu kimi Gürcüstana səfər edənlərin sayı baxımından birinci yeri qoruyub saxlayıb.
Ötən il Gürcüstana, ümumilikdə, 8 679 544 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu da illik müqayisədə bu göstərici 9,8% çoxdur: 2018-ci ildə qonşu ölkəyə səfər edən əcnəbi ziyarətçilərin 4 756 820 nəfərini turistlər təşkil edib. 2017-c ilin eyni göstəricisinə nisbətən turistlərin sayında 16,9% artım qeydə alınıb.
Azərbaycandan sonra Gürcüstana 2018-ci ildə ən çox səfər edənlər arasında ikinci yeri Rusiya (1 404 757 nəfər), üçüncü yeri isə Ermənistan (1 268 886 nəfər) vətəndaşları tutub.
Məlumata əsasən, ötən ilin yanvar-noyabr aylarında Gürcüstan turizmdən 3 mlrd. dollar gəlir əldə edib. 2017-ci ilin analoji dövrü ilə müqayisədə qonşu ölkənin gəliri 485 mln. dollar yaxud 19,3% çoxdur.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























