"Goldman Sachs" 2019-da durğunluq gözləmir
"Goldman Sachs" 2019-da böyük iqtisadiyyatlarda durğunluq gözləmir, ancaq şirkət gəlirlərində kəskin azalma olacağı barədə xəbərdarlıq edir
Qlobal investisiya bankı "Goldman Sachs" 2019-cu ildə böyük iqtisadiyyatlarda durğunluq nəzərdə tutmur.
"Marja" xəbər verir ki, məsələyə dair CNBC-yə danışan Bankın səhmlər üzrə baş strateqi Piter Oppenheimer "Bizim proqnozumuz böyük iqtisadiyyatlarda durğunluq olmayacağı istiqamətindədir. Keçən ilin sonunda ABŞ-da maliyyə şərtlərindəki sərtləşmə ilə əlaqədar olaraq ABŞ-a dair proqnozlarımızda kəskin azalma vardı. Biz bir durğunluq gözləmirik, amma olduqca kəskin bir ləngimə ola bilər" deyib.
"Natixis"in Dekabr ayında ABŞ-da korporativ investorlarla keçirdiyi sorğuda, əksəriyyət 2019-da "buğa" bazarının sona çatacağını proqnozlaşdırdı.
Fed-in faiz artırması, ABŞ - Çin ticarət müharibəsi və geosiyasi gərginliklər bazarlarda son dövrdə çətin dövrə səbəb olub. Çin iqtisadiyyatında artımın zəifləməsi, "Brexit", Avropadakı qeyri-müəyyənliklər də 2019-da qlobal iqtisadi artıma dair narahatlıqlara səbəb olur.
ABŞ-da sərtləşən maliyyə şərtləri qlobal bazarlar üçün də narahatlıq mənbəyi olmağa davam edir. ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə 4 dəfə faiz artıran Fed-in faiz artımlarını dayandırmasını istəmişdi.
Bank sonuncu dəfə Dekabr ayında faizləri yüksəltmiş, 2019-cu ilə dair faiz artırımı proqnozunu isə 3-dən 2-yə endirmişdi.
"Goldman Sachs"ın stajlı iqtisadçısı Jari Stehn Fed-in bu il 2 dəfə faiz artıracağını gözlədiklərini, ancaq iqtisadi inkişaf səngisə bunun dəyişəcəyini söyləyib. Ekspert, "Fed yaxın dövrdə faiz artırmağa fasilə verəcəyi siqnalı verdi. Bu da sərtləşən maliyyə şərtlərinə reaksiya idi. İnflyasiyada da bir qədər yumşalma var, bu səbəblə Fed normallaşma prosesində daha səbrli olacağını bildirir. Ancaq "faiz artırmaq bitdi" də demək olmaz" deyib.
"GƏLİRLİLİK AZALACAQ"
Şirkətlərin açıqlayacağı balanslar diqqətlə izlənəcək. Oppenheimer "ABŞ-da gəlirliliyin bu il təxminən 6% artacağını gözləyirik. Keçən il bu nisbət təxminən 23% ətrafında idi, bunda da vergi islahatının təsiri var. Yəni fikirimiz ABŞ və Avropada daha aşağı gəlirlilik olacağı istiqamətindədir, ancaq vəziyyət yenə də müsbətdir" ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 50 d. əvvəl
-
56 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)





.jpg)






