"Apple"ın yeni xidmətlərinə ilk reaksiya mənfidir
ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti Apple TV Plus, Apple News Plus, Apple Arcade və Apple Card adlı yeni xidmətlərini təqdim edib. Sərmayəçilər isə ilk baxışda ümid etdiyini tapa bilməmiş kimidir. Təqdimatın ardından şirkətin səhmləri 2,31% ucuzlaşıb.
Apple şirkəti 25 Martda Apple TV Plus adlı serial və film tətbiqini, Apple News Plus adlı xəbər xidmətini, Apple Arcade adlı oyun tətbiqini və Apple Card adlı kredit kartını təqdim edib.
"Marja" xəbər verir ki, şirkətin yeni xidmətlərinə bazarların ilk reaksiyası isə mənfi olub. Təqdimatın dərhal ardından Apple-ın səhminin qiyməti 186,60 dollara qədər düşüb. Sonra cüzi bahalaşsa da 2,31% ucuzlaşma ilə188,74 dollar səviyyəsindən bağlanıb. Təqdimat günü şirkətin səhmlərinin qiyməti 191,98 dollara qalxmışdı.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Apple-ın yeni TV xidməti (tətbiqi); Apple TV Channels, Amazon, Hulu, HBO, CBS, Starz və Showtime kimi şirkətlərin məzmunlarını istifadəçilərə təqdim edəcək. Sistem Mayda işə düşəcək, tətbiqdə reklam olmayacaqdır. Ödəniş detalları isə hələ müəyyən deyil.
Apple News tətbiqinə The New Yorker, Esquire, National Geographic, Men's Health və Vogue kimi 300-dən çox jurnal əlavə edən texnologiya nəhəngi Apple News Plus-ı yaratmışdır. İstifadəçilər, aylıq 9,90 dollar qarşılığında bütün məzmundan istifadə edə biləcəklər. Tətbiq, ABŞ və Kanadada istifadəyə verilib. Sentyabr ayından etibarən Avropa ölkələrindən başlamaqla yayılması gözlənilir.
Apple Arcade isə reklam ehtiva etməyən və Apple-ə aid oyunlara tək bir yerdən çıxış imkanı təmin edən bir platformadır. Apple Arcade-də, tətbiq üçün xüsusi hazırlanmış 100 yeni oyun da yer alır. Ödəniş detalı hələ müəyyən deyil. Sistemin Sentyabr ayında az qala bütün ölkələrdə istifadəyə veriləcəyi gözlənilir.
Apple-ın bir başqa yeni məhsulu da Apple Card-dır. Üzvlük ödənişi olmayan və Wallet tətbiqi üzərindən idarə olunan bu kredit kartı ilə edilən alış-verişlərdə mükafat bal sistemi aktiv olaraq istifadə ediləcək. Apple Pay qəbul edilən hər yerdə Apple Card etibarlı olacaqdır. Kartın titandan hazırlanacaq fiziki versiyası da olacaqdır. Üzərində hər hansı bir məlumat olmayan bu kart yenə Wallet tətbiqi ilə idarə olunacaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 7 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
15 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)



.jpg)






