Dünyanın ən böyük neft şirkəti böyük neft-kimya şirkətini alır - 69 MİLYARD DOLLAR ÖDƏYƏCƏK
"Saudi Aramco" 69 milyard dollar qarşılığında SABIC-in 70 faiz səhmini alır. Satınalma, 2 trilyon dollara yaxınlaşması gözlənilən "Saudi Aramco"nun səhmlərinin ilkin kütləvi təklifi (İPO) üçün də əhəmiyyət daşıyır.
Dünyanın ən böyük neft şirkəti olan Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco", bölgənin ən böyük neft-kimya şirkəti olan SABIC-in əksəriyyət hissəsini almaq üçün razılaşıb.
"Marja" xəbər verir ki, gəlirlərini şaxələndirmək istəyən və yüksək əlavə dəyərli neft-kimya gəlirlərini artırmaq istəyən "Saudi Aramco", SABIC üçün təxminən 69 milyard dollar ödəyəcək.
Razılaşmaya görə, "Saudi Aramco", SABIC-in 70 faiz majoritar hissəsini Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu olan PIF-dən satın alacaq.
"Aramco"nun İcraçı direktoru Amin Nasser, "Bu müqavilə ilə daha güclü və sağlam bir müəssisə yaradacağıq və rəqabət qabiliyyətini artıraraq qlobal müştərilərimizdən artaraq gələn enerji və kimya məhsullarına tələbi ödəyə biləcəyik",- deyib.
"Saudi Aramco", ildə qlobal neft emal həcmini gündəlik 5 milyon barreldən 8-10 milyon barrelə çıxarmaq və bunun ən azı dörddə birini də neft-kimya məhsullarına çevirmək istəyir.
50-dən artıq ölkədə fəaliyyət göstərən SABIC 34 min nəfəri işlə təmin edir və keçən il 45 milyard dollar satış edərək 5.7 milyard dollar xalis gəlir əldə edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
-
15 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 16 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 gün əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub







.jpg)





.jpg)




.jpg)






