Hesab.az-dan çoxdan gözlənilən yenilik!
Hesab.az Azərbaycanda ən böyük onlayn ödəmə portalı olaraq öz sahəsi üzrə daha bir ilkə imza atır. Müasir dövrün texnoloji yeniliklərini öz xidmətlərinə tətbiq etməklə istifadəçilərinə daha keyfiyyətli xidmət göstərməyi hədəfləyir. Onlayn ödəmə portalı olaraq ilk dəfə QR kod ilə ödəmələri həyata keçirməyə imkan verəcək.
İlkin olaraq istifadəçilər QR kod ilə parkinq ödənişlərini növbədə gözləmədən, vaxt itirmədən bir neçə saniyədə həyata keçirə biləcəklər. Hazırda bir xidmət ilə QR kod ödəmə funksiyasını istifadəçilərinə təqdim edən Hesab.az daha sonra digər xidmətlərin də ödənişlərini rahat şəkildə QR kod vasitəsiylə ödəməyə imkan yaradacaq.
Belə ki, Hesab.az mobil tətbiqində Ana səhifədə “Parkinq ödənişləri” bölməsinə daxil olaraq QR şifrəni, smartfonun kamerası ilə skan edərək istənilən bank kartı vasitəsilə anında parkinq ödənişlərini edə biləcəklər. Bank kartını yaddaşda saxlayaraq prosesi daha da asanlaşdıra bilərlər. Hesab.az vasitəsilə parkinq ödənişlərini Gənclik Mall, 28 Mall, Port Baku Mall, Garage- da həyata keçirə bilərlər. Komissiyasız ödəniş edərkən eyni zamanda bonuslar da qazanacaqlar. Yeni kampaniya və funksional yeniliklər ilə Hesab.az istifadəçi sayını və mövcud bazarda tutduğu mövqeyini daha da genişləndirməyi şirkət strategiyası olaraq müəyyən edib.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















