Maliyyə Nazirliyindən Ucar Xəstəxanasının 35 milyon manat xərclədiyi iddialarına cavab
Maliyyə Nazirliyi, Ucar Mərkəzi rayon Xəstəxanasının inventarın alınmasına 35 milyon manat xərclədiyi barədə iddialara cavab verib.
Nazirliyin Mətbuat xidmətinin rəhbəri Mais Priyev "Marja"ya bildirib ki, Ucar rayonu üzrə ümumi xərclər 7 milyon manat olduğu halda, rayon xəstəxanası üçün inventarın alınmasına 35 milyon manat xərcləndiyi barədə yazılanlar absurddur:
"Ötən gün saytlardan birində “Böyük tender talanı: Məntiqə sığmayan anomal xərclər” sərlövhəli məqalədə qeyri-dəqiq və absurd məlumatlar dərc edilərək ayrı-ayrı dövlət qurumlarının ünvanına əssasız ittihamlar səsləndirilib. Məqalədə Ucar Mərkəzi rayon Xəstəxanası üzrə bəzi inventarların və avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur.
Məsələn, məqalədə iddia olunur ki, Ucar Mərkəzi rayon Xəstəxanasına bəzi inventarların alınması üçün 13 milyon 231 min manat, avadanlığın alınması üçün 11 milyon 748 min manat, dəftərxana və təsərrüfat malları alınması üçün 9 milyon 747 min manat ayrılıb. Təkcə bir faktı qeyd edim ki, 2019-cu ildə Ucar Mərkəzi rayon Xəstəxanasına dəftərxana və təsərrüfat mallarının alınması üçün cəmi 89 min manat nəzərdə tutulub.
Sual olunur, “2019-cuil dövlət büdcəsi haqqında” qanunda Ucar rayonu üzrə ümumilikdə xərclər 7 milyon 248 min manat təşkil etdiyi halda, təkcə rayon xəstəxanası üçün inventarların və avadanlıqların alınmasına üst-üstə 35 milyon manata yaxın vəsait necə xərclənə bilər?!
Məlumat üçün qeyd edim ki, 2019-cu ildə dövlət büdcəsinin səhiyyə xərclərində Ucar rayon yerli xərcləri üzrə cəmi 2 milyon 935 min manat vəsait nəzərdə tutulub ki, həmin vəsaitin 2 milyon 76 min manatını və ya 70,7%-ini əməkhaqqı ödənişi ilə əlaqədar xərclər təşkil edir.
Hesab edir ki, bəzi mətbu orqanlar hazırladıqları məqalələrə, o cümlədən maliyyə-iqtisadi mövzulara ciddi, məsuliyyətli və peşəkar yanaşmalı, dövlət qurumları haqqında mənfi rəy yaratmağa çalışmamalıdırlar".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 8 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















