“Xalq” Bank kredit faizlərini nə qədər endirib?
Xəbər verdiyimiz kimi, ilk dəfə Azərbaycanın bank sektorunda kredit faizlərinin kəskin şəkildə endirilməsi halı baş verib.
ASC “Xalq” Bank faizləri milli valyutada biznes kreditləri üzrə 12-19%, əhaliyə verilən istehlak kreditləri üzrə isə 16-20% aralığına endirib.
“Marja” xəbər verir ki, “Xalq” Bank biznes kreditlərinin faizini birdəfəyə 8-9 bənd, istehlak kreditlərinin faizini isə 4-8 bənd aşağı salıb. Belə ki, indiyədək “Xalq” Bankda biznes və istehlak kreditlərinin faizləri 20%-dən başlayırdı və girovdan, müddətdən asılı olaraq 28%-dək qalxırdı.
Dünən “Xalq” Bankının mətbuat xidmətindən aldığımız məlumata görə, “Xalq” Bank bütün kredit məhsullarının faiz dərəcələrini kəskin surətdə azaldıb. Yeni şərtlərə görə, “Xalq” Bank biznes kreditlərini 5 ilədək müddətə illik 12-19%, istehlak kreditlərini isə 4 ilədək müddətə 16-20% verilir.
Bu addım Xalq Bankın kredit məhsullarını bazarda mövcud olan kreditlər arasında ən əlverişli təklifə çevirir.
Bankın nümayəndəsi, kredit faizlərinin endirilməsini dövlətin monetar siyasəti, Mərkəzi Bankın aşağı uçot dərəcəsi, bazarda makro-iqtisadi vəziyyətin sabitliyi, əməkhaqqılarının və əhalinin ödəmə qabiliyyətinin yüksəlməsi, yüksək likvidlik, ümumi sabitlik fonunda biznes risklərinin azalması və digər müsbət amillərlə izah edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























