“AtaBank”a təkan üçün rəhbərliyi dəyişdirilir
“AtaBank” ASC-nin bazarda mövqeyinin daha da möhkəmləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və gəlirliliyinin artırılması üçün rəhbərliyində geniş dəyişikliklər ediləcək.
“Marja”nın maliyyə bazarındakı mənbəsindən əldə etdiyi məlumata görə, 25 İyul 2019-cu il tarixində axşam radələrində “AtaBank”ın səhmdarlarının yığıncağı keçirilib. Yığıncaqda Bankda islahatların aparılmasına, o cümlədən Müşahidə Şurasının və İdarə Heyətinin dəyişdirilməsinə qərar verilib. Mənbənin sözlərinə görə, hazırda “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev də vəzifəsindən azad ediləcək. Banka tezliklə yeni sədr və sədr müavinləri təyin ediləcəkdir. Dəyanət Quliyevin isə Bankın əsas səhmdarı olan “Synergy Group” MMC-də yüksək bir vəzifəyə təyin edilməsinə qərar verilib. Yeni sədr təyinatınadək Dəyanət Quliyev İdarə Heyətinin sədri vəzifəsini icra edəcəkdir.
Mənbə xüsusi qeyd etdi ki, bütün dəyişikliklər “AtaBank”ın daha yüksək səviyyəyə qaldırılmasına hesablanıb. Bank Azərbaycanda ən böyük kapitala malik banklardan biridir. Güclü kapital (145 milyon manat) daxil Bankın potensialından daha səmərəli istifadə edilməsi hədəflənir.
İddia ilə bağlı "AtaBank" ilə əlaqə saxladıq. Bankdan "Marja"ya təsdiq edildi ki, rəhbərlikdə dəyişikliklər nəzərdə tutulur və bütün dəyişikliklər müsbət yönümlüdür. Bank tərəfindən məsələ ilə bağlı tezliklə ictimaiyyətə rəsmi açıqlama veriləcəkdir.
Xatırladaq ki, “AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i “Synergy Group” MMC-yə,14%-i fiziki şəxslərə (Əşrəf Kamilov 9,3%, Mahir Rəfiyev 4,7%) məxsusdur.
HƏMÇİNİN OXU:“AtaBank”ın son vəziyyəti məlum oldu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















