“Manat revalvasiya təzyiqi altındadır" - MƏRKƏZİ BANKIN SƏDRİ
Elman Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank imkan versə Dollar 1.70 manatdan çox aşağı düşə bilər
“Bu gün Manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var. Bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı bu gün Manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı”.
“Marja”nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov əlavə edib ki, bugünkü iqtisadi durum, xarici balans və fiskal sistemdən gələn bu təklif Manatın əhəmiyyətli məzənnəsini tələb edir:
“Neft Fondu valyuta hərracına müəyyən vəsaitlə çıxır, bank sektoru lazım olan qədər alır. Mərkəzi Bank satılmayan hissəni almır. Büdcəyə transfert məqsədilə Dövlət Neft Fondu müəyyən qrafiklə vəsait satmalıdır. Lakin qeyd etdiyim kimi ilin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var. Hələ ki, büdcə öz daxili imkanları vasitəsilə çatışmazlığı yerinə yetirə bilir”.
Elman Rüstəmov, “Mərkəzi Bank Manatın bahalaşmasına imkan vermir?” sualına “Təbii ki” cavabını verərək sözlərinə belə davam edib:
“Manat devalvasiya (ucuzlaşma) yox, revalvasiya (bahalaşma) təzyiqi altındadır. Manatın möhkəmlənməsinin (bahalaşmasının -red) müsbət, daha da çox mənfi tərəfləri var. Bu gün biz de-fakto sabit məzənnə rejimindəyik. O cümlədən, inflyasiyanın hədəflənməsi rejiminə keçmək və gələcəkdə Manatın məzənnəsinin “üzən -tənzimlənən” məzənnəyə keçməsi üçün proqram üzərində çalışırıq”.
Devalvasiya -Milli valyutanın məzənnəsinin xarici valyutaya nəzərən ucuzlaşması prosesidir.
Revalvasiya - Milli valyutanın məzənnəsinin xarici valyutaya nəzərən bahalaşması prosesidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 10 saat sonra
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 13 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















