4G Mi-Fi və 3G USB modem kampaniyası başlandı
Azercell-dən 4G Mi-Fi və 3G USB modemləri ilə Sərfəli İnternet HƏR YERDƏ
15 Mart 2017-ci il tarixindən etibarən Azercell Telekom MMC öz abunəçiləri üçün yeni 4G MiFi və 3G USB Modem kampaniyasına başlayır. Kampaniya çərçivəsində abunəçilər 4G MiFi və 3G USB Modem cihazlarını nağd və ya sərfəli kredit şərtləri ilə əldə edə bilərlər. Bundan əlavə, kampaniya müddətində abunəçilər sərfəli internet paketlərindən də yararlana biləcəklər. Belə ki, abunəçilərə ilk ay bonus İnternet paketi hədiyyə edilir.
4G MiFi cihazını 60 AZN məbləğində ilkin ödəniş edib 10 ay ərzində LİMİTSİZ=30AZN paketi ilə, yaxud birdəfəlik 120 AZN ödəniş etməklə əldə etmək mümkündür. Kampaniyaya qoşulduqda abunəçiyə ilk ay LİMİTSİZ internet paketi HƏDİYYƏ olaraq təqdim olunur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir. Bundan əlavə, MiFi eyni zamanda 10 cihazın İnternetə qoşulmasına imkan verir.
3G USB modemlərini isə ilkin ödəniş 20 AZN və 10 aylıq 10GB=10AZN internet paketi ilə və ya birdəfəlik 35 AZN-lik ödənişlə əldə etmək mümkündür. Kampaniya çərçivəsində modemlə yanaşı abunəçiyə pulsuz nömrə və ilk ay 10 GB internet HƏDİYYƏ təqdim olunur. 3G USB modem 21.6 Mb/s-ə qədər internet sürətini təmin edir.
Kampaniyaya qoşulmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri və ya Diler Ofislərinə yaxınlaşıb mövcud təkliflərdən birini seçə bilərlər. 4G MiFi cihazlarını yalnız Bakı ərazisində yerləşən satış məntəqələrində əldə etmək mümkündür.
Kampaniya haqqında ətraflı məlumat almaq və təfərrüatları dəqiqləşdirmək üçün www.azercell.com saytına müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)






