“Şirkətlərimizin Azərbaycandakı layihələrdən çıxması ABŞ-ın bu ölkəyə marağının azalması demək deyil”
ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer Azərbaycan hökuməti ilə iqtisadi islahatların aparılması məsələsini müzakirə etməyi planlaşdırdığını açıqlayıb.
“Prezident İlham Əliyev Azərbaycanın gələcəyi naminə şəffaflığı artırmağın, korrupsiyaya qarşı mübarizənin vacibliyini dəfələrlə qeyd edib. Bu isə davamlı islahatların aparılmasını tələb edir. Ümid edirəm ki, yeni təyin olunmuş üzvlərlə (Prezident Administrasiyası və hökumət) görüşmək və onlarla islahatlarla bağlı müzakirələr aparmaq fürsətim olacaq”, - deyə o, Facebook istifadəçilərinin suallarına cavab verərkən bildirib.
Səfir ölkə rəhbərliyinə yeni təyin olunan şəxslərin ABŞ-da təhsil alması faktı ilə bağlı da məmnunluğunu bildirib. “Fikrimcə, bu, Azərbaycanın xeyrinə olacaq”, - deyə o əlavə edib.
Ö.Litzenberqer “Chevron” və “ExxonMobil” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihələrindən çıxmasını da şərh edib.
“Bunu Vaşinqtonun Azərbaycana marağının azalması kimi görmürəm. 25 ildən çox davam edən enerji əməkdaşlığı iki ölkənin əlaqələrində mühüm yer tutur. Şirkətlərə gəlincə, onlar öz mənafeyinə uyğun olaraq hansı bazarda iştirak edəcəklərini müəyyənləşdirməkdə sərbəstdirlər”, - deyə o qeyd edib.
Səfir əlavə edib ki, ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyib və bu layihə Avropanın enerji təhlükəsizliyinə zəmanətdir.
Xatırladaq ki, Macarıstanın “MOL Plc.” şirkəti noyabrın 4-də “Chevron” şirkətinin AÇG yataqlar blokunun işlənməsi layihəsi və Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki payını 1,57 milyard dollara aldığı barədə elan edib.
Xüsusilə MOL şirkəti “Chevron Global Ventures, Ltd” və “Chevron BTC Pipeline, Ltd” şirkətləri ilə AÇG layihəsindəki səhmlərin 9,57%-nin və BTC layihəsindəki səhmlərin 8,9%-nin alınması haqqında saziş imzalayıb.
Bu sövdələşmə başa çatdıqdan sonra MOL AÇG-də üçüncü səhmdar (payın həcminə görə) olacaq.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə layihənin iştirakçıları Britaniyanın BP (30,37%), Amerikanın “Chevron” (9,57%), “ExxonMobil” (6,79%), Hindistanın “ONGC Videsh Limited” (2,31%), Yaponiyanın “Inpex” (9,31%), “Itochu” (3,65%), Azərbaycanın SOCAR (25%), Norveçin “Statoil” (7,27%), Türkiyənin TPAO (5,73%) şirkətləridir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu 43 milyard dollar məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 milyon tondan çox neft hasil olunacaq.
© "İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 saat sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















