“AFB Bank”ın rəhbərliyi dəyişib
“AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.
Bu vəzifəyə Vüsal Eynullayev gətirilib. O, bundan əvvəl “Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini olub.
V.Eynullayev yeni vəzifəsində Məhəmməd Cahangirzadəni əvəz edib. MŞ-nın keçmiş sədrinə isə “Gilan Holdinq”də vəzifə verildiyi bildirilir.
Bundan başqa, “Rabitəbank” ASC-nin İH-nin keçmiş sədr müavini Aydın Hüseynov “AFB Bank”ın İH sədrinin 1-ci müavini təyin edilib. Qeyd edək ki, bu bankda İH-nin sədri vəzifəsi indiyə qədər vakant olub və banka rəhbərliyi sədr müavini Natiq Namazov həyata keçirib. 1-ci müavin təyinatından sonra isə avtomatik olaraq kredit təşkilatına A.Hüseynov rəhbərlik etməyə başlayıb.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 mln. manatdır. Bankın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 10 d. əvvəl
-
-
24 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
2 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq






























