“Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi artıq Nazirlər Kabinetinə göndərilib

Ötən il Agentliyin fəaliyyət istiqamətləri üzrə mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb.
Bu barədə AQTA sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
Bildirib ki, Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib. “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi və uyğunlaşma paketi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. Qanun layihəsi uyğunlaşma paketi ilə birlikdə artıq Nazirlər Kabinetinə göndərilib. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icra edilməsi üçün müvafiq işçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanıb. Sanitar, fitosanitar və baytarlıq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Kodeks Alimentarius Komissiyası, Bitki Sağlamlığı və Heyvan Sağlamlığı üzrə İşçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Artıq 6 sanitar, fitosanitar, baytarlıq norma və qaydalar Agentliyin Kollegiyasının qərarı ilə təsdiq edilib, 20-dən çox layhə isə müvafiq Komissiya və İşçi qruplarda müzakirələrə çıxarılıb. Bundan başqa 2019-cu ildə enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
2019-cu ildə AQTA beynəlxalq qurumlarla əməkdaşlığı genişləndirib
2019-cu ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər heyəti və bir neçə məsul şəxsinin Fransa, Belçika, Gürcüstan, Rusiya, Argentina, Belarus, Monteneqro, Bosniya və Herseqovinaya işgüzar səfərləri təşkil edilib.
Agentlik sədri Qoşqar Təhməzli bildirib ki, səfərlər çərçivəsində bir sıra beynəlxalq və milli təşkilatlarla işgüzar görüşlər keçirilib. Qarşılıqlı səfərlər zamanı Bitki Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE), Avropa İttifaqının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğu ilə əməkdaşlıq əlaqələri genişləndirilib. İkitərəfli əməkdaşlıq çərçivəsində Agentlik tərəfindən 2 ölkə və 1 beynəlxalq təşkilatla əməkdaşlıq sazişi imzalanıb, 12 ölkə ilə 15 saziş layihəsi hazırlanıb. Agentlik tərəfindən hazırlanan “Qida təhlükəsizliyi”, “Baytarlıq”, “Bitki karantini və mühafizəsi” sahələrində əməkdaşlıq haqqında nümunəvi beynəlxalq müqavilə modeli layihələrinin 8 ölkəyə nəzərdən keçirilməsi məqsədi ilə təqdim olunması təmin edilib. Bu istiqamətlərdə sazişlərin bağlanması respublikamızdan qida məhsullarının həmin ölkələrə asanlıqla ixrac olunmasına şərait yaradacaq. Bundan başqa ötən il mayın 15-də Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2019” sərgisində AQTA ikinci dəfə öz stendi ilə iştirak edib. Eyni zamanda 2019-cu ildə Agentlik tərəfindən 25 ölkənin nümayəndələri daxil olmaqla, 250-dən artıq rəsmi qonağın iştirak etdiyi II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. İl ərzində Agentliyin əməkdaşları ölkədaxili və xaricdə keçirilən 44 beynəlxalq tədbirdə, 16 beynəlxalq təlimdə iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
24 d. əvvəl
"Bank of America": Qızılın kəskin bahalaşması dövrü sona çatır- XƏBƏRDARLIQ
- 30 d. əvvəl
- 54 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank Elm və Təhsil Nazirliyi ilə birgə Müəllimlər Gününü qeyd etdi
-
11 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
11 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"Atasığorta"nın kapitalı kəskin azaldılır

İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı

Bakıda ilk dəfə – TATS avtomobil hərracı

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
Ən çox oxunanlar

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
