“Sahibkarlar daha diqqətli olmalıdırlar”
Azərbaycan və Gürcüstan bazarında şirkətlərə marketinq və kommunikasiya xidmətləri təklif edən Marcom şirkəti pandemiya dövründə şirkətlərin marketinq istiqamətində üzləşdiyi çətinliklərə diqqət çəkib.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev bildirib ki, pandemiya ilə əlaqədar şirkətin rəqəmsal marketinqə axın etməsi bazarda fəaliyyəti tənzimlənməyən şirkətlər və fərdi şəxslər üçün fürsətə çevrilməyə başlayıb.
“Pandemiya dövrü başlandığı vaxtdan bu günə kimi bizə konsultasiya və marketinq audit xidmətləri üzrə müraciət edənlərin sayında ciddi artım müşahidə edirik. Əvvəllər şirkətlərin müraciətləri daha çox məlumat almaq, maariflənmək istiqamətində idisə, son vaxtlar müraciətlər şikayət və kömək xarakteri almağa başlayıb. Şirkətlər qarşı tərəfə ödədiyi məbləğ qarşılığında nəticə ala bilmədiklərini, işlərinin yarımçıq qalması və ya işi görənin fəaliyyətinin dayandırmasından şikayət edirlər. Bununla yanaşı, şirkətlər ona məxsus olan sosial şəbəkə və reklam hesablarını, o cümlədən google və digər texniki məlumatları da geri ala bilməmələrini vurğulayırlar. Biz bir çox şirkətləri düşdükləri vəziyyətdən xilas etsək də, bəzilərinə təəssüf ki, kömək ola bilmirik.”
Ceyhun Fərzəliyev yaranmış vəziyyətlə bağlı şirkətlərə müraciət edərək bu istiqamətdə diqqətli olmağı tövsiyə edir. “Şirkətlər marketinq işləri üçün tərəfdaş seçimi zamanı sağlam şirkətlərə üstünlük verməlidirlər. Nəzərə almaq lazımdır ki, marketinq tərəfdaşının yanlış seçimi sonradan şirkətin bazardakı mövqeyinə və büdcəsinə ciddi təsir göstərir. Hər marketinq xidmətini fərqli şirkətdən almaq isə həmin şirkətin marketinq strategiyasını yanlış istiqamətə apara bilər.”
İcraçı direktor şirkətlərin krizis kommunikasiya planının olmamasına da fikir bildirərək qeyd edib ki, şirkətlərin böyük əksəriyyəti bu vəziyyətə hazır deyildilər. “CRM platformasında sorğu əsasında göndərdiyimiz təkliflərin 80%-də krizis kommunikasiya planının olması ilə bağlı təklif vermişik. Şirkətlərdən cəmi 10%-i bu məsələyə maraq göstərib, amma təəssüf ki, buna görə əlavə ödəniş etmək istəməyiblər. 70%-i isə ümumiyyətlə təklifdəki bu məqama diqqət etməyiblər.”
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) marketinq məsələləri üzrə konsultantıdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
7 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir





















