“Əminəm ki, Azərbaycan Çinin Avropaya gedən yolunda əsas məntəqə rolunu oynaya biləcək” – MÜSAHİBƏ
"Azərbaycanda “Çin-Azərbaycan Sənaye Parkı”nın inkişafı layihəsini işləyirik"."China CAMC Engineering” şirkətinin Bakı ofisinin, eyni zamanda şirkətin Azərbaycan və Gürcüstan layihələrinə rəhbərlik edən Kənan Quluzadə ilə müsahibə.
- İlk növbədə Şirkət haqqında məlumat verərdiniz...
- Şirkətimiz “China CAMC Engineering” Çinin ən böyük maşınqayırma korporasiyası “Sinomac”ın tərkibində Mühəndislik üzrə ixtisaslaşmış şirkətdi. Neft, qeyri-neft, kimya sənayesi, qida, kənd-təsərrüfatı, nəqliyyət, tibb və s. İstehsal obyektlərinin layihələndirilməsi, tikilməsi, avadanlıq təchizatı və maliyyələşdirilməsi üzrə fəaliyyət göstərir.
- Hansı layihələri həyata keçirmisiniz?
- Regionda ən böyük layihəmiz “Çin-Belarus Sənaye Parkı”dır. Bununla yanaşı PVC zavodu, sement zavodu, Sellüloza zavodu, şəkər zavodu kimi layihələri həyata keçirmişik. Hal-hazırda Azərbaycanda Hövsanda dəyəri 40 milyon manat civarında olan “Fresh Logistic Park” layihəsinin maliyyələşməsini yekunlaşdırıb inşaat işlərinə başlamağı planlaşdırırıq. Layihənin sifarişçisi bizim region üzrə strateji tərəfdaşımız olan “AS Group” şirkətidir.
- Səhv eləmirəmsə dünyanın ən böyük şirkətlərindəndir...
- Şirkətimiz 2020-ci ildə 43,1 milyard ABŞ dolları dövriyyə, 452,3 milyon ABŞ dolları xalis mənfəət ilə “Fortune 500” Dünya şirkətlətinin reytinqində 281-ci yerdə qərarlaşıb.
- Bildiyim qədər sizin şirkətin sənaye, o cümlədən tikinti, eləcə də xidmət və maliyyə sektorları fəaliyyət göstərir. Başqa fəaliyyət sahələriniz var?
- Şirkətimiz Çin maliyyə institutlarının maliyyə dəstəyi ilə baş podradçı olduğu layihələrdə tələb olunan müvafiq qarantiyaya əsasən maliyyələşmə xidməti də göstərir.
- Kənan müəllim, qeyri-neft sektorunun inkişafı ilə bağlı mövcud durumu necə qiymətləndirirsiniz?
- Azərbaycanın təbii sərvətləri yalnız neftlə məhdudlaşmayıb. Ölkəmizdə çox böyük nəqliyyat, kənd təsərrüfatı, hava yolları və qida sektorunun inkişafı imkanları var. Çin investorları üçün çox vacib xüsusiyyətlərdən biri də, Azərbaycanın geostrateji mövqeyidir. Ölkəmizdə tətbiq olunan təşviq qanunu xarici investorlar üçün cəlbedicidir. Hal-hazırda yerli tərəfdaşımız “AS Group” və müvafiq Dövlət strukturları ilə Azərbaycanda “Çin-Azərbaycan Sənaye Parkı”nın inkişafı layihəsini işləyirik. Azərbaycanın “Bir Kəmər, Bir Yol” üzərində yerləşməsi layihənin hər iki ölkə üçün önəmini artırır.
- Pandemiya dövrü şirkətinizə necə təsir edir?
- Bütün dünyada olduğu kimi, bizdə də müəyyən çətinliklər olmuşdur. Bir çox layihələrdə səngimələr qaçılmazdı. Məncə dünya artıq yeni şərtlərdə fəaliyyət göstərməyə alışmaq məcburiyyətindədir.
- Şirkətin gələcəkdə hansı planları, layihələri olacaq?
- Planlarımız böyükdür. Azərbaycanda danışıqlarını aktiv şəkildə davam etdirdiyimiz - biri nəqliyyat, biri tibb, biri qida, ikisi sənaye parkı olmaqla 5 layihə var. Hədəfimiz yalnız kommersiya maraqları deyil. Dövlət şirkəti olaraq əsas məqsəd Çin-Azərbaycan siyasi-iqtisadi əlaqələrinin inkişafına bilavasitə tövhə verməkdir. Əminəm ki, Azərbaycan Çinin Avropaya gedən yolunda əsas məntəqə rolunu oynaya biləcək.
®️Karvannews
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
5 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
6 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda






















