Azərbaycanda sağlamlıq turizmi xidmətlərinin inkişafı perspektivləri açıqlanıb

Azərbaycanda sağlamlıq turizmi xidmətlərinin inkişafı perspektivləri açıqlanıb.
Marjanın məlumatına görə, Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanmış “Azərbaycanda sağlamlıq turizmi – cari vəziyyət və inkişaf perspektivləri” adlanan hesabatda bildirilir ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün geniş potensial olsa da, onlardan istifadənin aşağı səviyyəsi, marketinq fəaliyyətinin və təşkilati işlərin zəif təşkili rəqabət imkanlarını azaltmış olur. Ölkədə fəaliyyət göstərən kurort-müalicə müəssisələrində yeni xidmətlərin təklif olunması daha çox gəlir götürməyə imkan vermiş olardı ki, bu da animasiya proqramlarının hazırlanması, aktiv istirahətin təşkili üçün şəraitin yaradılması, geniş SPA-velnes xidmətlərinin təşkilindən asılıdır. Ölkədə sağlamlıq turizmi sahəsində xidmətlərin yüksəldilməsi, beynəlxalq miqyasda rəqabət qabiliyyətinin artırılması üçün aşağıdakı tədbirlərin görülə bilər:
- Unikal kurort müalicə imkanları təqdim edən destinasiya məhsullarının cəlb olunması – bu, sahənin regional rəqabət imkanlarını artıracaq. Beynəlxalq miqyasda rəqabət qabiliyyətli məhsulların təqdim olunmasında “Naftalan” və “Qalaaltı” brendinin təqdim olunmasını əhəmiyyətlidir. Naftalan neftinin unikal müalicəvi və kosmetik imkanlarından istifadə etməklə təşkil olunan müasir komplekslərə tələbat artmaqdadır. Buna görə də “Naftalan” brendinin yaradılması və beynəlxalq miqyasda təbliği bu sahədə daha çox effekt vermiş olacaq.
- Kurort xidmətləri üzrə müalicəvi sağlamlıq turizmi paketlərinin hazırlanması – səyahət agentliklərinin ölkədə sağlamlıq turizmi mərkəzləri üçün müasir xidmətlərin təklif olunmasına və onun paket halında reklamının təşkilinə ehtiyac var. Səyahət agentlikləri vasitəsilə nəqliyyat vasitələri, yerləşmə və animasiya xidmətlərinin paket olaraq satışının təşkili bu sahədə uğur qazanmağa imkan vermiş olacaq.
- Kurort-müalicə xidmətləri təklif edən destinasiyalarda turistlərin asudə vaxtının təşkili üçün müxtəlif müddətləri əhatə edən animasiya proqramlarının tərtibi – kurort-müalicə mərkəzlərində animasiya tədbirlərinin günlük və həftəlik olaraq proqramlaşdırılması, həftəsonu istirahətdə isə müxtəlif turların və ekskursiya proqramlarının təklif olunması vacibdir. Belə tədbirlər turistlərin asudə vaxtının səmərəli təşkil olunmasına, ölkəmizin turizm imkanlarının təbliğinə gətirib çıxaracaq.
- Balneoloji, iqlim kurort resurslarının daha çox cəmləşdiyi ərazilərdə mobil sağlamlıq mərkəzlərinin yaradılması – belə destinasiyaların Gədəbəy, Tovuz, Zaqatala, Qax, Şabran, Masallı, Lerik və s. müalicəvi sularla zəngin olan bölgələrdə təşkili mümkündür. Bunlar da imkan verəcək ki, rayonların turizm potensialından daha səmərəli istifadə olunsun, həmçinin yerli əhalinin sağlamlığını bərpa etmək mümkün olsun.
- Naftalan müalicəvi nefti əsasında kosmetik məhsulların istehsalı – bu məqsədlə müalicəvi neftdən istifadə edilərək yeni yaradılacaq kosmetik məhsulların tərkibinin öyrənilməsi və müalicə, kosmetik xidmətlərdə tətbiqinin mümkünlüyü müəyyənləşdirilməlidir. Onu da qeyd edək ki, müalicəvi turizmdə tətbiq olunan SPA xidmətlərində qeyd olunan kosmetik məhsullardan istifadə olunması mümkündür ki, bu da həmin məhsulların ixrac potensialının artmasına, digər sağlamlıq müəssisələrində istifadə olunmasına səbəb ola bilər. Belə ki, hazırda Naftalanın müalicəvi neftindən Avropa ölkələrinin kurortlarında geniş istifadə olunur ki, buna da misal olaraq Çexiya və Xorvatiya kurortlarını xüsusilə qeyd etmək olar.
- Naftalan nefti əsasında istehsal olunan kosmetik vasitələrin, dərmanların və digər məhsulların brendləşdirilməsi – Naftalan neftindən alınan məhsulların qablaşdırılması və marketinqinin təşkili onun satış kanallarının müəyyən edilməsi məqsədəuyğun olardı. Avropa təşkilatları tərəfindən həmin məhsulların standartları və müalicəvi xüsusiyyətlərinin təsdiqi üçün beynəlxalq institutlardan Naftalan neftinin müalicəvi əhəmiyyətini təsdiqləyən sertifikatın alınması onun brendləşməsinə xüsusilə təkan verəcəkdir.
-Sağlamlıq xidmətlərində “putyovka” (güzəştli yolayış) sisteminin təkmilləşdirilməsi – həmkarlar təşkilatının xətti ilə güzəştli yollayışların bütün sağlamlıq müəssisələrini əhatə etməsi səmərəli olardı. Həmçinin sağlamlıq müəssisələrinin üçüncü yaş qrupu üçün güzəştli məhsullar təqdim etməsi aşağı gəlirli vətəndaşlar üçün bu sahənin əlçatanlığını təmin edərdi.
-Sağlamlıq məhsullarının inkişaf etdirilməsi – bu məqsədlə Naftalan üçün qısa, orta və uzun müddətli müalicə və sağlamlaşdırma turları, “Qətransız Naftalan məlhəmi”, kosmetik məhsullar istehsalı, yeni sağlamlaşdırma proqramlarının turistlərə təklif edilməsi vacibdir. Eyni zamanda termal sular əsasında balneoloji turizm və palçıqla müalicə üzrə mərkəzlərin təşkili, məhsullarının təqdim olunması bu sahənin inkişafına təkan veriş olardı.
-Sağlamlıq turizmində investisiyaların cəlb olunması – sahibkarlıq subyektlərinin sağlamlıq turizmi sahəsinə vəsaitlərini yönəltmək üçün vergi, gömrük güzəştlərinin tətbiqi vacibdir. Həmçinin müalicə-sağlamlıq sənayesi üçün gətirilən avadanlıqlara gömrük güzəştlərinin tətbiqi də sahibkarları bu sahəyə investisiya qoymağa stimulaşdırar. Ümumilikdə Azərbaycanda kurort turizm məhsullarının beynəlxalq miqyasda tanıdılması, qiymətlərininin rəqib ölkələrə görə bazara uyğunlaşdırılması, onun onlayn platformada təbliğatının aparılması, bu sahədə SMM strategiyasının tətbiqi daha çox iqtisadi effekt vermiş olardı. Xüsusilə Naftalan, “Qalaalti Hotel & Spa”, Yengicə, Duzdağ, “Lankaran Springs Wellness Resort” kurortlarına aid paket turların hazırlanmasında qısa, orta və uzun müddətli məhsulların təqdim olunması və onların beynəlxalq səviyyədə təbliğatı vacibdir. Bununla yanaşı Naftalan neftinin bazası əsasında istehsal olunan kosmetik məhsulların çeşidinin artırılması və onun aidiyyatı üzrə brendləşdirilməsi həmin məhsullara tələbatı artırmış olardı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq
- 11 d. əvvəl
-
-
13 d. əvvəl
AYNA: Şəhər avtobusları gecə saat 00:00-a qədər işləyə bilər
-
38 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqının tətbiqinə baxıla bilər
-
39 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
51 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixinədək bağlı qalacaq - QƏRAR
-
1 saat əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər

Avtobus parkının yenilənməsi üçün dövlət dəstəyi – kreditlərə subsidiya və zəmanət təmin olunacaq

Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb

AYNA: Şəhər avtobusları gecə saat 00:00-a qədər işləyə bilər

“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar
Ən çox oxunanlar

Tarixdə ilk dəfə olaraq qızılın qiyməti 3750 dolları keçdi

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
