Azərbaycan İnvestisiya Şirkəti ortaq axtarır
Perspektivli bir layihəniz varsa, lakin həyata keçirilməsi üçün kifayət qədər maliyyə mənbəyiniz yoxdursa, bu məlumat sizin üçündür.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan İnvestisiya Şirkətinın (AİŞ) ortağı olmaqla biznesinizə əhəmiyyətli investisiyalar cəlb edə bilərsiniz. Kreditdən fərqli olaraq, AİŞ şirkətinizin nizamnamə kapitalına maliyyə investisiyaları qoyur. Bu investisiyaların həcmi kapital qoyuluşlarının ümumi həcminin 30%-dək ola bilər ki, bu da maliyyələşdirmə üzrə faiz ödənişlərinin olmayacağı deməkdir. AİŞ-in layihədə iştirakının orta müddəti 5 ildən 7 ilə qədərdir.
Bundan əlavə, AİŞ maliyyə modellərinin inkişafına, bazarın təhlilinə və təşkilati məsələlərə kömək edə, xarici tərəfdaşların və investorların cəlb edilməsində yardımçınız ola bilər. AİŞ yalnız yeni layihələrə deyil, həm də Azərbaycanın qeyri-neft sektorundakı mövcud şirkətlərin fəaliyyətinin genişləndirilməsinə və inkişafına investisiya qoymağa hazırdır.
AİŞ-lə əməkdaşlığa başlamaq üçün yalnız layihəniz üçün iş planı təqdim etməlisiniz. İşbirliyində maraqlı olanlar AİŞ-in veb səhifəsi ilə (https://www.aic.az) və ya 0124888010 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Suallarınızı [email protected] elektron poçtu ilə də göndərə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sahibkarlıq fəaliyyətini dəstəkləmək və genişləndirmək və qeyri-neft sektorunun inkişafı məqsədi ilə yaradılıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 4 d. əvvəl
-
56 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























