Moskvada sərgidə Azərbaycan məhsullarına böyük maraq
Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Rusiyanın paytaxtı Moskva şəhərində “Heimtextil Russia 2021” sərgisində nümayiş olunub.
AZPROMO-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, təşkil olunan sərgidə dünyanın 10 ölkəsindən 100-dən çox şirkət öz məhsullarını ziyarətçilərin diqqətinə təqdim edib.
Sərgidə interyer və ev tekstili, xalçaçılıq, iplik istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunub.
Məlumatda qeyd edilib ki, Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar, xüsusilə də incə ornamentləri və zərif naxışları özündə birləşdirən Azərbaycan xalçaları sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 7 d. əvvəl
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 30 d. əvvəl
- 47 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)






.jpg)







