“Baku Steel Company” gəlirlərini və mənfəətini açıqladı - 200 MİLYON MANATI AŞIB
“Baku Steel Company” son aylar böyük uğurlar əldə edib. Belə ki, 2021-ci ilin ötən 9 ayı ərzində satışdan gəlirlər 206 milyon 662 min manat, mənfəət 55 milyon 675 min manat təşkil edib.Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” istehsal və maliyyə göstəricilərini açıqlayıb.
“Baku Steel Company”dən Marja.az-a verilən məlumata görə, şirkət koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, 2021-ci ilin ötən 9 ayı ərzində bir sıra istiqamətlərdə gözəçarpan uğurlar əldə edib. Bu uğurlar özünü istehsal və maliyyə göstəricilərində də əks etdirir.
Fəaliyyətində inkişafa nail olan BSC-də 2021-ci ilin yanvar-sentyabr ayları üzrə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə məhsulların həm istehsalında, həm də satışında ciddi artım müşahidə edilib. Belə ki, polad pəstah istehsalında 15%, armatur istehsalında 4%, polad məftil istehsalında 40%, boru istehsalında 14% artıma nail olub.
Hesabat dövründə satışdan gəlirlər ötən ilin analoji dövrü ilə müqayisədə 54% artıb. Belə ki, 2020-ci yanvar-sentyabr ayları üzrə satışdan gəlirlər 134 milyon 499 min 671 manat (ƏDV-siz), 2021-ci ilin müvafiq dövrü üzrə isə 206 milyon 662 min 362 manat (ƏDV-siz) təşkil edib.
HƏMÇİNİN OXU: Yenilənən “Baku Steel Company” regionda bənzəri olmayan layihə həyata keçirir
Bununla yanaşı, “Baku Steel Company”nin mənfəəti, mənfəət marjası, xalis mənfəəti, eləcə də EBITDA (faiz, vergi və amortizasiya xərcləri çıxılmazdan əvvəlki əməliyyat mənfəəti) artıb.
Belə ki, BSC ötən ilin analoji dövrünü təqribən 475 min 669 manat EBITDA ilə başa vurmuşdusa, 2021-ci ildə bu göstərici 138 dəfədən çox (13840%) artaraq 65 milyon 839 min 488 manat təşkil edib. Əgər ötən ilin 9 ayında EBITDA ümumi satışa olan nisbətdə 0,35% olmuşdusa, bu il bu rəqəm kəskin şəkildə artaraq 31,85%-ə çatıb.
Hesabat dövründə şirkətin ümumi mənfəəti ötən ilin analoji dövrünə nisbətən 68 milyon 137 min 278 manat artıb. Yəni şirkət əgər ötən ilin yanvar-sentyabr aylarını 12 milyon 462 min 168 manat zərərlə başa vurmuşdusa, 2021-ci ilin 9 ayı ərzində vəziyyət kökündən dəyişib və 55 milyon 675 min 110 manat ümumi mənfəət əldə edib. Eyni zamanda, qazanılmış mənfəət hesabına şirkətin sərbəst vəsaitlərində də artım müşahidə edilib.
Qeyd edək ki, bu və digər göstəriciləri “Baku Steel Company”nin aktivlərindən optimal idarəetmə nəticəsində əldə etmək mümkün olub.
Hazırda BSC rəhbərliyi tərəfindən şirkətin daha böyük uğurlar əldə etməsi istiqamətində yeni ideyalar və böyük layihələr üzərində iş gedir.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında “Baku Steel Company” MMC-nin rəhbərliyində dəyişiklik olub və bundan sonra şirkətin fəaliyyətində müsbət dinamika müşahidə olunmağa başlayıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 4 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
12 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)






.jpg)










