Türkiyənin kredit reytinqinin proqnozu "sabit"dən "mənfi"yə düşdü
Beynəlxalq kredit reytinqi təşkilatı Standart & Poor's (S&P), Türkiyənin xarici valyutada kredit reytinqini "B+" və milli valyutasında kredit reytinqini "BB-" olaraq təsdiq edib. Təşkilat, Türkiyənin kredit reytinqinin proqnozunu isə "sabit"dən "mənfi"yə (neqativə) dəyişib. "Mənfi" proqnoz reytinqin aşağı salınması ehtimalını artırır.
Marja xəbər verir ki, S&P-nin açıqlamasında, dövlət siyasətinin proqnozlaşdırılan, pul siyasəti fəaliyyətinin davamiyyətli və inkişaf etmiş olduğunun müşahidə edilməsi halında proqnozun "sabit"ə revizə edilə biləcəyi qeyd edilib.
Türkiyənin cari əməliyyatlar hesabının 2018-ci ilin Avqust ayından daha güclü vəziyyətdə olduğu qeyd edilən açıqlamada, əhalinin əmanətlərini banklarda saxlamaları ilə Türkiyənin bank sektoruna olan güvənin qorunduğu bildirilib.
Açıqlamda, Türkiyə iqtisadiyyatının bu ilə dair iqtisadi artım proqnozu 8,6%-dən 9,8%-ə yüksəldildiyi qeyd edilib.
Açıqlamada, ixracın güclü qalmasının gözlənildiyi vurğulanaraq, Covid-19 pandemiyasında "Omikron" variantının yeni karantin tədbirlərinə və beynəlxalq səyahət məhdudlaşdırmalarına gətirib çıxarmadığı fərz edilsə, turizmin daha sürətli bərpasının dəstəkləyici ola biləcəyi ifadə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























