Ağ Ev: Rusiyanın istənilən an Ukraynaya hücum edə biləcəyi bir mərhələdəyik
Ağ Evin sözçüsü Cen Psaki, Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə bütün variantların masada olduğunu qeyd edərək, "Rusiyanın hər an Ukraynaya hücum edə biləcəyi bir mərhələdəyik",- deyib.
Marja xəbər verir ki, Psaki Ağ Evdə təşkil edilən mətbuat konfransında Ukrayna ilə Rusiya arasındakı gərginliklə bağlı son hadisələri dəyərləndirib.
ABŞ dövlət katibi Antoni Blinkenin Ukrayna və Almaniyaya səfər edəcəyini xatırladan Psaki Blinkenin Ukrayna ilə Rusiya arasındakı gərginliyi azaltmaq üçün burada danışıqlar aparacağını bildirib.
ABŞ və Rusiya xarici işlər nazirləri Cenevrədə görüşəcək
Psaki, Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında bu səhər telefon danışığında Cenevrədə görüş keçirməyə razılaşdıqlarını və Blinkenin bu görüş zamanı gərginliyi azaltmaq üçün Rusiyaya xəbərdarlıq edəcəyini bildirib.
Ukrayna ilə Rusiya arasındakı gərginliyin məsuliyyətinin sərhəddə on minlərlə əsgəri toplayan Rusiya prezidenti Vladimir Putin olduğunu deyən Psaki bildirib:
"Açığını deyim, hazırda vəziyyət kifayət qədər təhlükəlidir. Biz elə bir mərhələdəyik ki, Rusiya hər an Ukraynaya hücum edə bilər. Blinken Cenevrədəki görüşdə bununla bağlı diplomatik çıxış yolunun olduğunu açıq şəkildə bəyan edəcək. Putin ilə bu barədə danışacaq. Ukraynanın işğalın ağır iqtisadi nəticələrini çəkib çəkməyəcəyi Putinə və ruslara bağlıdır”.
Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı bütün variantların masada olduğunu vurğulayan Psaki iqtisadi sanksiyalarla bağlı avropalı tərəfdaşlar ilə sıx təmasda olduqlarını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























