Azərbaycanda yeni nəsil rəqəmsal imza - SİMA
SİMA vasitəsilə elektron hökumət xidmətləri, həmçinin banklar, bank olmayan kredit təşkilatları (BOKT), sığorta şirkətləri, mobil operatorlar, elektronika və məişət mağazaları, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC yeni nəsil rəqəmsal imzanın təqdimatını keçirib.
SİMA adlı rəqəmsal imza dövlət-özəl tərəfdaşlığı çərçivəsində - “Svort Technologies" və “Sinam” MMC-lərlə birgə hazırlanıb.
Tədbirdə çıxış edən nazirin müşaviri Rəşad Bayramov deyib ki, yeni nəsil rəqəmsal imza ölkədə rəqəmsal transformasiya ilə bağlı görülən işlərin tərkib hissəsidir. SİMA vasitəsilə elektron hökumət xidmətləri, həmçinin banklar, bank olmayan kredit təşkilatları (BOKT), sığorta şirkətləri, mobil operatorlar, elektronika və məişət mağazaları, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.
"Yeni məhsul Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək, onlayn xidmətlərdən istifadəni təşviq edəcək", - o qeyd edib.
“AzInTelecom”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Elxan Əzizov deyib ki, SİMA yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək və hər kəs üçün əlçatan olacaq. Onun sözlərinə görə, mobil tətbiq vasitəsilə işləyən yeni nəsil rəqəmsal imzanı mobil cihaza endirmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
“AzInTelecom”un kommersiya direktoru Ruslan Əliyev isə bildirib ki, üztanıma, “açıq açar” və bulud texnologiyalarını birləşdirən SİMA biometrik autentifikasiyaya əsaslanır. Belə ki, istifadəçinin mobil tətbiqlə skan etdiyi şəxsiyyət vəsiqəsinin həmin şəxsə aid olub-olmadığı test edilir. Test əməliyyatı mobil cihazın veb-kamerası vasitəsilə üztanıma əsasında canlı şəkildə həyata keçirilir. Şəxsiyyət vəsiqəsindəki məlumatlar həmin şəxsə aid olduqda istifadəçiyə imza sertifikatı təqdim edilir, əks halda isə sorğuya imtina cavabı verilir.
Tədbirdə bildirilib ki, SİMA xərclərinin azaldılması, vaxt itkisinin qarşısının alınmas, istənilən sistemə inteqrasiya oluna bilməsi, istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırması kimi üstünlüklərə malikdir. Daha sonra onun əldə edilmə proseduru nümayiş etdirilib.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























