“Şərq Bazarı” yenidənqurma işlərinin son mərhələsinə qədəm qoyub - FOTOLAR
“Şərq Bazarı” yenidənqurma işlərinin son mərhələsinə qədəm qoyub. Bazar sizi heyran edəcək -burada sənətkarlıq emalatxanaları, zərgərlik passajı, tekstil, delikateslər, ekzotik meyvələr ətir köşkləri yerləşəcək.(®) Azərbaycanın memarlıq abidəsi – “Şərq Bazarı” yenidən öz qapılarını memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlərin üzünə açır.
Layihənin ideyası irsi memar və ziyalı Uruzmaq Revazova məxsus olub. Memar P.Yarinovski və konstruktor A.Bessonovun da müştərək səyləri ilə 1982-ci ildə Bakı memarlıq şedevrləri səmasında modernizmin yeni ulduzu - “Şərq bazarı” alovlandı. Kompleksin təşkili qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı.
Kompleks qısa müddət ərzində paytaxt sakinləri və qonaqları üçün şəhərin sevimli simvollarından birinə çevrilmiş, ölkənin tarixi abidələri siyahısına daxil edilmiş və Azərbaycan tarixində ilk olaraq Ağa Xan Beynəlxalq Memarlıq Mükafatına namizəd olmuşdur.
2018-ci ildə binanın yenidən qurulması zamanı yerli memarlar qarşısında çətin vəzifə qoyulmuşdu - bütün orijinal kompozit tikililəri qoruyub saxlamaqla yanaşı, kompleksi müasir infrastrukturla təchiz olunmuş bir festival məkanına çevirmək. Məqsəd ziyarətçilərin nəinki bazarı gəzərək, milli və şərq mətbəxinin yeməklərini dadması, həm də özünəxas yerli mədəniyyətin ağuşuna dalmaqla, xalq sənəti nümunələrinin yaradılması prosesinin şahidinə, hətta iştirakçısına çevrilə bilməsini təmin etməkdən ibarət idi.
Beləliklə, “Şərq Bazarı” ərazisində ənənəvi mis qabların, dulusçuluq və xalça məmulatlarının hazırlanması üzrə sənətkarlıq emalatxanaları, zərgərlik passajı və saysız-hesabsız tekstil, zövq oxşayan delikateslər, ekzotik meyvələr və ətir köşkləri yerləşəcək. Bütün bu şərq əzəməti öz rəngarəngliyi və özünəməxsusluğu ilə sizi heyran edəcək.
Bura hər bir qurmanın öz zövqünə uyğun təamlar dada biləcəyi, təəssürat axtarışında olanların rəngarəng tamaşaların seyrçisinə çevriləcəyi, turistlərin isə unudulmaz xatirələr toplayaraq, qucaqdolu suvenirlərlə yola düşəcəyi bir məkandır.
Kompleksin yenidən qurulması son mərhələdədir və tezliklə hər kəs Azərbaycan tarixini, mədəniyyətini və tərəqqisini nəfis və dolğun şəkildə tərənnüm etdirən “Şərq Bazarı” pavilyonlarında köhnə və müasir Bakının vəhdətinin ab-havasını öz nəfəsiylə duyacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























